Icma.az
close
up
RU
Yaxın Şərqin taleyi: yeni səhifə, yoxsa köhnə dramın davamı...

Yaxın Şərqin taleyi: yeni səhifə, yoxsa köhnə dramın davamı...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmanın kəsişdiyi və kəsdiyi yollar: Regionu nə gözləyir?

Son onilliklərdə İsrail-Fələstin münaqişəsi Yaxın və Orta Şərqin əsas geosiyasi düyünlərindən biri olaraq qalmaqdadır. Müxtəlif vasitəçilik təşəbbüslərinə, atəşkəs razılaşmalarına və beynəlxalq diplomatik səylərə baxmayaraq, bölgədə davamlı sülhə nail olunmayıb. Bu fonda son zamanlarda Qərb dövlətlərinin Fələstini dövlət kimi tanımağa başlaması yeni mərhələnin işarəsi hesab olunur. Əgər əvvəllər Fələstinin legitimliyi əsasən ərəb və müsəlman ölkələrinin dəstəyi ilə ifadə olunurdusa, indi Avropa və digər Qərb dövlətlərinin bu istiqamətdə addım atması prosesin beynəlxalq hüquq müstəvisinə çıxarılmasını daha da gücləndirir. Məsələ artıq yalnız regional qarşıdurma deyil, qlobal təhlükəsizlik və beynəlxalq ədalət müstəvisində müzakirə olunur.

Bu tanınma aktı, bir tərəfdən, Fələstinə diplomatik status, siyasi legitimlik və beynəlxalq hüquq çərçivəsində hərəkət imkanları qazandırır, digər tərəfdən isə İsrail ilə Qərb arasında münasibətlərdə yeni balans axtarışını gündəmə gətirir. İndi əsas sual budur: Qərbin bu qərarı Yaxın və Orta Şərqdə real sülh və sabitliyə yol açacaqmı, yoxsa regionu daha da kəskin rəqabət və qarşıdurmaya sürükləyəcək?

Avropadan dəstək: HƏMAS olmayacağı təqdirdə...

Qeyd edək ki, gözlənildiyi kimi, BMT Baş Assambleyasının 80-ci sessiyası maraqlı startla yadda qaldı - Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliyanın ardından Fransa, Belçika, Monako, Malta və Lüksemburq da Fələstin dövlətinin müstəqilliyini tanıyıb. Ölkələr bu qərarı BMT Baş Assambleyasının sammitində elan ediblər. Belçikanın Baş naziri Bart De Vever bəyan edib ki, ölkəsi Fələstin dövlətini tanımaq üçün digər dövlətlərə qoşulur. Eyni zamanda, Belçika lideri əlavə edib ki, Fələstin dövlətinin hüquqi tanınması yalnız bütün girovlar azad edildikdən və HƏMAS və digər terror təşkilatlarının Fələstinin idarəçiliyindən kənarlaşdırıldıqdan sonra” baş verəcək.

Monako Knyazlığı da Fələstin dövlətini tanımaq üçün 145-dən çox ölkəyə qoşulub - Baş Assambleyada çıxış edən Şahzadə II Albert qeyd edib ki, ölkəsi əvvəldən İsrailin təhlükəsiz və tanınmış sərhədlər daxilində yaşamaq və bu sərhədlər daxilində təhlükəsizlikdən istifadə etmək hüququnu, həmçinin Fələstin xalqının suveren, yaşaya bilən və demokratik dövlət hüququnu müdafiə edib.

Maltanın Baş naziri Robert Abela bildirib ki, iki dövlətli həll HƏMAS üçün mümkün olan ən pis nəticə olacaq və HƏMAS gələcək Fələstin hökumətində heç bir rol oynamamalıdır.

Lüksemburqun Baş naziri Luc Frieden ölkəsinin Fələstin dövlətini rəsmən tanıdığını və bu qərarın ümid öhdəliyinin başlanğıcı olduğunu bildirib.

Fransa prezidenti Emmanuel Makron da ölkəsinin Fələstini dövlət kimi tanıdığını açıqlayıb. “Bu gün Fransa Fələstin dövlətini tanıyır”, - deyə Makron bəyan edib. Onun sözlərinə görə, bu, İsrail və Fələstin xalqları arasında sülh naminə edilir. Makron HƏMAS-ın əlindəki girovların azad edilməsinin vacibliyini önə çəkib. “HƏMAS tərəfindən saxlanılan 48 girovu azad etməyin və müharibəyə, Qəzzada bombardmanlara, qırğınlara və əhalinin qaçqınlığına son qoymağın vaxtı çatıb”, - Makron bildirib.

Simvolizm, yoxsa Qüdsdən Təl-Əvivə uzanan yol...

Bir çox siyasətçilər bu cür qərarların əsasən “simvolik xarakter” daşıdığını bildirirlər - bununla belə, hüquqi tanınma prosesi dövlət quruculuğunun legitimləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Fələstin dövlətinin yaradılması hələ 1988-ci ildə elan edilib. O vaxtdan bəri üç onillik ərzində əksər ölkələr bu dövlətin əsas meyarlara cavab verməməsinin aşkar uğursuzluğuna baxmayaraq, onun legitimliyini tanıyıb. Qlobal Cənubdakı əksər ölkələr Fələstini tez bir zamanda tanıdı. Son proseslərə qədər BMT-yə üzv olan 193 ölkədən 150-yə yaxını Fələstin dövlətini tanıyıb - Meksika bu ilin yanvarında bunu edən sonuncu dövlət olub.

2012-ci ildə BMT-nin qərarı ilə Fələstinə BMT Baş Assambleyasında müşahidəçi statusu verilib. Bu o deməkdir ki, Fələstin dövləti BMT-nin qərarlarının qəbulunda iştirak edə bilər, lakin onlara səs verə bilməz.

Təşkilatın tamhüquqlu üzvü olmaq üçün isə Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı doqquzunun razılığı lazımdır. Daimi üzvlər - Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ veto hüququna malikdir. İsrailin əsas müttəfiqi olan ABŞ-ın sülh əldə olunmayana qədər Fələstini tanıması inandırıcı deyil. Fakt ortadadır - 2024-cü ilin mayında BMT Baş Assambleyası Təhlükəsizlik Şurası üzvlərini Fələstin Muxtariyyətini təşkilatın tamhüquqlu üzvü kimi tanımağa çağırış etsə də, bu, Vaşinqton tərəfindən rədd edilmişdi.

İsrail hakimiyyəti isə verilən bu qərarları düzgün hesab etmir - Fələstin dövlətinin yaradılmasının qarşısını almaq Netanyahunun prinsipial mövqeyidir. O, 1993-cü il Oslo razılaşmasından sonra Fələstin dövlətinin yaradılmasının mümkünsüzlüyü haqda açıq bəyanatlar verib. Alternativ kimi isə İsrailin hazırkı baş naziri status-kvonun saxlanmasını təklif edir: Fələstin qeyri-müəyyən beynəlxalq hüquqi statusa malik muxtar qurum olaraq qalır, ərazisi üzərində hərbi nəzarət İsraildə olmalıdır.

Mahmud Abbasın başçılıq etdiyi Fələstin administrasiyası İsraillə razılaşmalara uyğun olaraq İordan çayının Qərb sahilinin bəzi bölgələrində məhdud özünüidarəetmə tətbiq edir. Fələstin vətəndaşlarına pasportlar verilir - Fələstinin səhiyyə və təhsil sistemləri məhz bu administrasiya tərəfindən idarə olunur. 2007-ci ildə baş verən qısa vətəndaş müharibəsindən sonra, HƏMAS silahlı qruplaşması Abbasın Fəth hərəkatını Qəzza zolağından çıxarıb. Artıq 18 ildir ki, Qəzza anklavı HƏMAS-ın əlindədir - amma Fələstin administrasiyası anklavdakı bir çox səhiyyə və təhsil işçilərinin maaşlarını maliyyələşdirməyə davam edir.

Səfirliyini Qüdsə köçürən ABŞ istisna olmaqla, əksər böyük dövlətlərin diplomatik korpusları Təl-Əvivdə yerləşir. Çin, Rusiya, Yaponiya, Almaniya, Kanada, Danimarka, Misir, İordaniya, Tunis və Cənubi Afrika da daxil olmaqla 40-a yaxın ölkə Ramallahda - İordan çayının Qərb Sahilində və ya Şərqi Qüdsdə konsulluq ofislərini saxlayır. Beynəlxalq hüquq fələstinlilərin paytaxt etmək istədikləri bu ərazinin İsrail tərəfindən ilhaqını tanımır. Fələstin dövlətini tanımağı planlaşdıran ölkələr bu qərarın onların diplomatik nümayəndəliklərinin yerləşməsinə necə təsir edəcəyini isə hələ açıqlamayıblar. Tanınma elan edilsə də, Fələstin dövlətinin sərhədləri və mahiyyəti, Qüdsün statusu və İsrailin müstəqillik elanından sonra 1948-49-cu illər müharibəsindən qalan fələstinli qaçqınların taleyi də daxil olmaqla ən çətin məsələlər həll olunmamış qalır.

ABŞ “yox” deyir: baxış fərqləri mövcuddur...

Birləşmiş Ştatlar avropalı müttəfiqlərinin Fələstini tanıma səylərinə qəti şəkildə qarşı çıxır. ABŞ cavab olaraq Fələstin rəsmilərinə sanksiya tətbiq edib - o cümlədən Mahmud Abbas və digər Fələstin muxtariyyət rəsmilərinin BMT Baş Assambleyasında iştirakı qadağan olunub, onların vizaları rədd edib və mövcud olanları ləğv olunub. ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, Fələstin dövlətinin tanınması HƏMAS-ı cəsarətləndirə bilər. Böyük Britaniyaya dövlət səfərindən sonra Kir Starmerlə birgə mətbuat konfransı zamanı bu barədə suala cavab verən Tramp məsələyə “baxış fərqləri” olduğunu qeyd etdi.

Türkiyənin reaksiyası: qlobal təhlükəsizlik meyarı işə düşür...

Prosesin inkişafına Türkiyənin də münasibəti həm vacib, həm də maraqlıdır - o baxımdan ki, Yaxın və Orta Şərqin ən mühüm geosiyasi oyunçusu kimi Türkiyə Fələstinə açıq dəstək verir. Hazırkı proses də demək olar ki, bütün miqyaslarda Ankaranın maraqları ilə uzlaşır - bunu, dövlət başçısının açıqlamasında da görmək mümkündür. Türkiyə hər zaman bu problemin regional müstəvidə məhdudlaşdırılmasının əleyhinə olub - əksinə, münaqişənin qlobal təhlükəsizlik kontekstində izah edilməsinin vacibliyini önə çəkib. Bu ştrixlər  Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Qərargahında keçirilən “Fələstin məsələsinə çözüm tapılması və iki dövlətli həllin həyata keçirilməsi” adlı yüksək səviyyəli beynəlxalq konfransda çıxışında da özünü göstərib. Ərdoğan deyib ki, “Fələstin davası artıq bütün dünyanın məsələsinə çevrilib. İsrailin məqsədi fələstinliləri sürgün etmək və bölgədə yayılmaq planlarını reallaşdırmaqdır. Buna heç vaxt icazə verilə bilməz”.

Prezident beynəlxalq ictimaiyyəti Qərbi Şəriyadakı işğalı, Şərqi Qüdsdəki olanlar və bölgədəki qeyri-sabitliyi dayandırmağa çağırıb. O, bunun həm hüquqi, həm də vicdani məsuliyyət olduğunu vurğulayıb. Ərdoğan çıxışının sonunda bildirib ki, dərhal atəşkəs elan olunmalı, Qəzzəyə humanitar yardımlar maneəsiz çatdırılmalı və İsrail qüvvələri bölgədən geri çəkilməlidir.

Bu isə Türkiyənin bölgədə formalaşdırmağa çalışdığı yeni “sülh və əməkdaşlıq” formuluna uyğun istiqamətidir. Başqa sözlə, bölgədə yaranacaq yeni atəşkəs və ya sabitlik Türkiyənin regionla bağlı addımlarını sürətləndirəcək.  Suriya və digər problemlər (hətta İran belə) bu sülh presedenti (yalnız prosesin nəticəyə hesablanan istiqməti fonunda) sayəsində yeni bir həll modeli də qazana bilər.

Bölgəyə təsir: sülh və sabitlik nə vəd edir?

O ki qaldı, bu prosesin ümumən bölgəsəl təsirlərinə, burada məsələyə fərqli prizmalardan yanaşmaq lazım gəlir. Məsələn, “tanıma prosesi”nin miqyasının artması və genişlənməsinin Fələstin üçün dərhal və ən görünən faydası beynəlxalq səviyyədə daha geniş legitimlik, səfirliklərin açılması və diplomatik əlaqələrin normallaşmasıdır. Bu, Fələstinin beynəlxalq platformalarda səlahiyyətlərini artıracaq. Bu addımlar paralel olaraq İsrail-Qərb münasibətlərinə təsir və diplomatik təzyiq mexanizmlərini aktivləşdirə bilər - bu addımlar İsrail ilə “tanıyan ölkələr” arasında gərginlik yaradacaq. Hətta İsrailin tənqidi və qarşı addımlarının (məsələn, diplomatik notalar, iqtisadi sanksiya riskləri və ya hərbi-siyasi əlaqələrin icmalına dair bəyanatlar) da müşahidəsi mümkündür.

Ən əsası isə bu proses regional siyasi dinamikaya yol açacaq. Ərəb dünyasında uzun müddətdir Fələstinə dəstək mövcuddur - Qərbin addımı isə ərəb ölkələri ilə Avropa arasındakı dialoqu asanlaşdıra, həmçinin yeni vasitəçilik təşəbbüslərini doğura bilər. Yuxarıda da qeyd edildiyi kimi, Türkiyə kimi genişmasştablı oyunçular diplomatik fəallığı artıraraq oxşar addımları stimullaşdıra bilərlər.

Məsələnin ən kritik yeri isə təhlükəsizlik riskidir. Çünki proses qısa müddətdə Yaxın və Orta Şərqə sülh gətirəcəyinə zəmanət vermir. Əksinə, bu kimi addımlar münasibətləri daha da kəskinləşdirmək qabiliyyətinə malikdir.

Mümkün ssenarilər: ciddi dəyişikliklər üçün...

Prosesin inkişaf ssenariləri nə vəd edir? Qərb KİV-ləri prosesi bir çox ssenarilər üzrə inkişafını istisna etmir - onlar ilk növbədə bu ssenariləri qısa müddətli və ya orta - uzun müddətli kimi xarakterizə edirlər. Qısamüddətli ssenari daha çox “sülh üçün diplomatik sıçrayış” konsepsiyası şəklində izah olunur. Belə ki, siyasətçilərin fikrincə, tanıma ilə birlikdə geniş multilateral vasitəçilik, ağır beynəlxalq təzyiqlər və təhlükəsizlik zəmanətləri (məsələn, çoxmillətli kontingentlər, sərhəd və təhlükəsizlik mexanizmləri) həyata keçirilərsə, danışıqlar canlana, iki dövlətli həll üçün praktik zəmin yarana və uzunmüddətli normallaşma ortaya çıxa bilər. Bunun üçün ABŞ-ın passivliyi aradan qalxmalı, digər oyunçular  arasında koordinasiya təmin olunmalıdır.

Digər ssenari isə Fələstinin beynəlxalq platformalarda tanınmasını, amma təhlükəsizlik problemlərinin həll olunmamasını təlqin edir. Belə olacaq təqdirdə hüquqi və diplomatik əlverişlilik artsa da, real-siyasi həll gecikəcək.

Nəticə etibarı ilə, Qərb ölkələrinin Fələstini tanıması böyük diplomatik mərhələdir,  Yaxın və Orta Şərqdə siyasi-mənəvi və hüquqi mənada ciddi dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklərin sülhə çevrilməsi üçün tanınma təkcə simvolik addım olmamalı, konkret təhlükəsizlik, inzibati və iqtisadi mexanizmlərlə müşayiət olunmalıdır. Əks halda, tanınma diplomatik qazanc sayılsa da, meydanda yeni gərginlik və humanitar çətinliklər üçün şərait yarana bilər.

PƏRVİZ SADAYOĞLU 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Sentyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see433

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see144

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see142

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see131

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see130

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see127

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see121

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see121

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see119

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see118

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri