Icma.az
close
up
RU
Yaxın vaxtlarda ABŞ ın Avropa İttifaqına təzyiqi ola bilər ki, həmin ərazilərdən mülki missiya çıxarılsın

Yaxın vaxtlarda ABŞ ın Avropa İttifaqına təzyiqi ola bilər ki, həmin ərazilərdən mülki missiya çıxarılsın

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı öz mandatına uyğun olaraq Ermənistanda müşahidə missiyasını davam etdirəcək və hazırda hər hansı dəyişikliyə ehtiyac yoxdur. Bunu Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos “Azadlıq” radiosuna müsahibəsində İrəvanla Bakı arasında sülh sazişinin paraflanmasından sonra qoşunların sərhəddən çıxarılması məsələsinin yaranıb-qalmadığı sualına cavab verərkən deyib. "Bildiyim qədər, Ermənistan xalqı və hakimiyyəti Aİ-nin Ermənistandakı missiyasını alqışlayır. O, fəaliyyətini davam etdirir. Və hər hansı dəyişikliyə ehtiyac olarsa, biz bunu üzv dövlətlərimizlə və təbii ki, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Amma indiki mərhələdə mən Ermənistan ictimaiyyətini əmin etmək istəyirəm ki, Aİ missiyası öz mandatına uyğun olaraq fəaliyyətini davam etdirəcək", - Aİ missiyası bildirib. Vaşinqtonda sazişin paraflanmasından sonra hər hansı müzakirələrin aparılıb-aparılmaması ilə bağlı suala Maraqos vurğulayıb ki, Aİ-nin Ermənistandakı missiyası Ermənistan hakimiyyətinin tələbi ilə buradadır və nə qədər lazımdırsa, burada qalacaq. "Bu, sülh və nizamlanma alətidir. Biz bunu tam dəstəkləyirik".

Qeyd edək ki, missiyanın mandatı 2027-ci il fevralın 19-dək qüvvədədir.

Xatırladaq ki, avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda yeddi maddəlik birgə “Sülh Bəyannaməsi” imzalayıblar. Bu, ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların dayandırılması üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) birgə müraciət edilməsini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanı Ermənistan, Türkiyə və İranın əhatəsində olan Naxçıvan anklavı ilə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqı “siz nə edirsiniz edin, biz burada öz ağırlığımızı, öz çəkimizi saxlamağa çalışırıq” demək istəyir. Politoloqun fikrincə, biz Avropa İttifaqının mülki missiyasında əsas aparıcı funksiyanı kimin, hansı dövlətin yerinə yetirdiyinə diqqət etməliyik.

Samir Hümbətov

“Hazırda baş verən bu hadisənin, missiyanın dırnaq fəaliyyəti necə təşkil olunur və hansı dövlətlər tərəfindən hansı məqsədlərə xidmət edir, biz buna nəzər salanda aydın şəkildə görürük. Mülki missiyada Fransa və bu tipli ölkələrin olması o deməkdir ki, o dövlətlər yəni Fransa və digərləri əslində öz nüfuzlarını qoruyub saxlamaqdır. Burada məqsəd Ermənistanla Azərbaycan arasında müşahidə aparmaq deyil. Əslində müşahidəyə ehtiyac da yoxdur. Artıq münasibətlər deyək ki, 70-80 faiz sülh müstəvisinə keçib. Təkcə müqavilənin imzalanması qalıb. Yəni müşahidəçiyə ehtiyac yoxdur. Bu, bilərəkdən Ermənistanı öhdəlikdən yayındırmaqdır. Ermənistanın da görünür ki, tam olaraq gücü çatmır, yaxud da çatsa da bir az bu məsələdə mövqeyini bildirə bilmir. Amma fakt göz önündədir”-deyən politoloqun fikrincə, bu missiyanın fəaliyyəti Amerika Birləşmiş Ştatlarının fəaliyyətinə, yəni sülh müqaviləsi imzalanmasına, atdığı addımlara ciddi bir maneə yaradır, yəni bu addım əslində bir növ Amerikanın siyasətinə qarşı gəlmək və ya mane olmaq kimi də dəyərləndirilə bilər.

“Yaxın vaxtlarda ABŞ-ın Avropa İttifaqına təzyiqi ola bilər ki, həmin ərazilərdən mülki missiya çıxarılsın. Hər nə qədər də Avropa İttifaqı bildirsə də ki, "biz burada fəaliyyətimizi davam etdirəcəyik". Düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının bir açıqlaması ilə bu məsələ həll oluna biləcək durumdadır və onu da edəcəklərinə inanıram”-deyə Samir Hümbətov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 Sentyabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri