Icma.az
close
up
RU
“Yaxşı nəticələr qazanıb C Liqasına qayıda bilərik” Arif Əsədov

“Yaxşı nəticələr qazanıb C Liqasına qayıda bilərik” Arif Əsədov

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yaxşı nəticələr qazanıb C Liqasına qayıda bilərik” - Arif Əsədov

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Məlum olduğu kimi, 2 gün öncə Millətlər Liqasının 2026/27 mövsümünün püşkü atıldı. 

D Liqasında mübarizə aparacaq yığmamız 2-ci qrupda qərarlaşıb. Millimiz sözügedən qrupda Litva və Lixtenşteynə qarşı mübarizə aparacaq. 

Bugünkü həmsöhbətimiz isə Azərbaycan millisinin keçmiş məşqçisi Arif Əsədovdur. O, yığmamızın rəqibləri və potensialı haqda fikirlərini bölüşüb. 

A.Əsədov qeyd edib ki, Azərbaycan millisinin əsas rəqibi Litvadır: 

“Düşünürəm ki, bizim dişimizə görə rəqiblər düşüb. Təbii ki, əsas rəqibimiz Litvadır. Həm Azərbaycan millisi, həm də Litva yığması ilk pillə uğrunda mübarizə aparacaq. Amma Lixtenşteyni də silmək olmaz. İndi elə dövrdür ki, bütün millilər futbol oynamağı bacarırlar, ən azından taktiki baxımdan bütün komandaların sistemli oyunları var. Sadəcə olaraq futbolçu keyfiyyəti əhəmiyyət daşıyır. Keyfiyyətli oyunçulara malik komanda qalib tərəf olur. Düşünürəm ki, biz yaxşı nəticə qazanıb yenidən C Liqasına qayıda bilərik. Təbii ki, bunun üçün yaxşı hazırlıq olmalıdır”.

Mütəxəssis millimizin hazırkı heyətinin durumuna toxunub: 

“İndi heyətlə bağlı nəsə demək çətindir. Çünki artıq millimizin son oyunundan 3-4 ay keçib. Ona görə millidə bir çox yeni ad da ola bilər. Kimsə formada ola bilər, kimsə olmaz. Yəqin ki, mart ayında sınaq oyunları olacaq. Məşqçilər heyəti yeni futbolçulara şans verib-verməyəcəklərini orada daha yaxşı bilər. Amma heyətimiz elədir ki, millimiz bu mərhələdə yaxşı nəticə əldə edə bilər”. 

Azərbaycan yığmasına ötən ilin sentyabr ayından etibarən yerli mütəxəssis - Ayxan Abbasov rəhbərlik edir. A.Əsədov isə qeyd edib ki, bu, Millətlər Liqasında uğurlu nəticələrə zəmin yarada bilər: 

“Təbii ki, Ayxan Abbasovun təyinatı federasiya rəhbərliyi adına yaxşı bir addım idi. Vaxtında Fernandu Santuşu vəzifədən göndərdilər. Biz Fernandu Santuşun dövrünü analiz etsək, görərik ki, millimiz özünə bənzəmirdi. Bədbin, inamsız komanda görürdük. Lakin Ayxan Abbasovun gəlişindən sonra milli ruhun qayıtmasını, istəyi gördük. Fərqli milli müşahidə etdik. Və bu faktor da gələcəkdə millimizin yaxşı nəticələr əldə etməsi üçün zəmin ola bilər”. 

Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas püşkü dəyərləndirərkən Azərbaycan millisi haqqında da fikirlər səsləndirmişdi. O deyib: 

"Biz bu püşkdən şikayət etmirik. Bilirik ki, bu qrupdakı komandalar bizim üçün məğlubedilməz deyil. Əlbəttə ki, Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadır. Onların Avropa təcrübəsi olan futbolçuları var. Çünki "Qarabağ" komandası tez-tez Avropanı öz futbolu ilə təəccübləndirir. Bu, yerli çempionatın ən seçilən komandasıdır və milli komandaya ən çox oyunçunu onlar göndərir. Bilirik ki, Azərbaycan millisi cənub tipli, kifayət qədər texnikalı yığmadır. Son illərdə ən yaxşı dövrlərini yaşamayıblar. Amma düşünürəm ki, azərbaycanlılar da öz oyun və nəticələrindən razı deyillər. Qrupdakı bütün komandaların məqsədi eynidir – daha yuxarı pilləyə qalxmaq”.

A.Əsədov isə E.Yankauskasın bu fikirlərinə belə münasibət bildirib: 

“Təbii ki, Litva da əsas rəqib kimi Azərbaycanı görür. Yəqin ki, onlar da qarşılarına C Liqasına qayıtmağı məqsəd qoyublar. Litva millisinin dünya çempionatının seçmə mərhələsindəki oyunlarını nəzərə alsaq, pis çıxış etməyiblər. Bizim onlarla son görüşümüz vaxtı mən də millidə idim. Komandamıza Nikolo Yurçeviç baş məşqçilik edirdi. Litva ilə bərabərə qalmışdıq. Yəni, rəqib keçilə biləcək rəqibdir. Amma əlbəttə ki, yaxşı hazırlaşmaq lazımdır. Çünki onlar da qarşılarına məqsəd kimi 1-ci pilləni tutmağı qoyublar. Sonda isə millimizə uğurlar arzulayıram. Millimizi C Liqasında görməyi arzu edirəm”. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Fevral 2026 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri