Icma.az
close
up
RU
Yaxşı olardı ki, parklara da şəhidlərimizin adı verilsin Sevinc Orucovadan TƏKLİF

Yaxşı olardı ki, parklara da şəhidlərimizin adı verilsin Sevinc Orucovadan TƏKLİF

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi qanuna əsasən prospekt, küçə, meydan və s. ərazilərə ad qoyulan zaman həmin ərazinin əhəlisinin rəyi nəzərə alınacaq.

Bəs gələcəkdə küçə, prospekt və s. ərazilərə daha çox şəhid adları verilə bilərmi?

Redaktor.az-a danışan “Zəfər” İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bildirdi ki, bu məsələ çox həssas məsələdir və həm də sosial təbəqə, xüsusilə də şəhid ailələri arasında narahatlıq doğuran məsələdir:

"Çünki Azərbaycanın elə bir bölgəsi, elə bir şəhəri yoxdur ki, orada şəhidimiz olmasın. Vətən torpaqları şəhidlərin canı bahasına azad olundu. Onların qəhrəmanlığını gələcək nəslə ötürmək üçün bir sıra aksiyalar olmalıdır. Türkiyədə dəfələrlə görmüşəm ki, körpülərin və yeraltı keçidlərin adı şəhidlərin adı ilə adlandırılıb. Bu, bizdə tətbiq olunsa, yaxşı olar. Böyük bir qürur hissi ilə o yerlərdən keçəndə onları anarıq, onların xatirə lövhəsi olar. Bu da həmin ərazilərdə yaşayan şəhid ailələri üçün qürur və fəxarət hissidir. Yaxşı olardı ki, parklara da şəhidlərimizin adı verilsin. Bu, çox böyük bir dəstək olar".

Onun sözlərinə görə, rayonlarda bu proses artıq başlayıb.

"Bakının Azərbaycan dili orfoqrafiyasına uyğun olmayan adlarla adlandırılan qəsəbələri var. Əminəm ki, o adlar şəhid adları ilə əvəzlənsə, sakinlər üçün məmnuniyyət hissi yaranar. Bununla zəfər tariximiz yaşadılar. Artıq memorial komplekslər yaradılır. Gəncə memorial kompleksinin yaxın zamanlarda cənab prezident açılışını etdi. Bunların hamısı şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçündür", - deyə Sevinc Orucova vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri