Icma.az
close
up
RU
Yay Aylarında Avtobus, Metro və Qatarların Vəziyyəti QURUMLAR ARASINDA SORĞU

Yay Aylarında Avtobus, Metro və Qatarların Vəziyyəti QURUMLAR ARASINDA SORĞU

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsti havalarda ictimai nəqliyyat – xüsusilə avtobus, qatar və metro – ilə səyahət bir çox sərnişin üçün narahatlığa səbəb ola bilər. Temperaturun yüksəlməsi həm sərnişinlərin komfortuna, həm də nəqliyyat vasitələrinin texniki vəziyyətinə təsir göstərir. Bəs, bununla bağlı hansı tədbirlər görülür? Mövzu ilə bağlı müvafiq qurumlara sorğu ünvanladıq.


“Azərbaycan Dəmir Yolları” QSC (ADY): “Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin istifadədə olan bütün qatarlarda kondisioner sistemi işlək vəziyyətdədir. Eyni zamanda, vağzal və stansiyaların binaları soyutma sistemləri ilə təchiz olunub. Rayonlararası istiqamətlərə hərəkət edən qatarlarda sərnişinlərə su təklif olunur”.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA): “Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir, havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilir. Bununla bağlı məsələ diqqətdə saxlanılır. Hazırda Bakı şəhəri üzrə avtobusların 62 faizi kondisionerlə təchiz edilib.

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir. Tərəfimizdən daşıyıcılara istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilir və AYNA tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Qeyd edək ki, dövlətin təşəbbüsünü dəstəkləyən özəl daşıyıcı şirkətlər də ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edən müasir nəqliyyat vasitələrini alır. İlin əvvəlindən 2025-ci ildə alınması planlaşdırılan 100 yeni avtobusdan 44-ü artıq gətirilərək paytaxt marşrutlarında istismara verilib.

Daşıyıcılara avtobus saylarını sərnişin tələbatına uyğun tənzimlənməsi barədə tapşırıq verilib. Zərurət yarandığı təqdirdə daşıyıcılar tərəfindən xətlərə əlavə nəqliyyat vasitələri cəlb edilir.

Sürücülərin geyim və davranış qaydalarına, həmçinin avtobusların texniki vəziyyətinə daşıyıcılar tərəfindən nəzarət edilir. AYNA tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Müəyyən edilən çatışmazlıqlarla bağlı daşıyıcılara tapşırıq və tövsiyyələr verilir”.

Bakı Metropoliteni” QSC: “Bildiririk ki, hazırda yay fəsli ilə əlaqədar havalandırma sistemi mövsümün tələblərinə uyğun qrafiklə çalışdırılır. Lakin mikroiqlim şəraiti ilə əlaqədar digər texniki imkanlardan istifadə olunması diqqətdə saxlanılır.

Onu da qeyd etmək olar ki, gecə-gündüz hava sirkulyasiyası yaradılaraq stansiya və tunellər əlavə havalandırma ilə təmin olunur. Hazırda bu istiqamətdə mümkün bütün tədbirlər görülür. Əlavə olaraq, bütün stansiyalarda təmizlik-sanitariya tədbirləri mütəmadi olaraq yerinə yetirilir. Yeni tip qatarlarda kondisioner sistemi tam işlək vəziyyətdədir və gün ərzində davamlı monitorinqlər aparılır. Kondisionerlə təchiz olunmayan qatarlarda isə pəncərə açıq saxlanmaqla havalandırma imkanları yaradılır”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri