Icma.az
close
up
RU
Yazıq halvanı hörmətdən salıb ölü yeməyi elan ediblər, halbuki elə toyda da verilə bilər İlahiyyatçı

Yazıq halvanı hörmətdən salıb ölü yeməyi elan ediblər, halbuki elə toyda da verilə bilər İlahiyyatçı

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan mətbəxində sevilən təamlardan biri də halvadır. Bir çox insanlar ürəkləri halva istəyəndə onu dərhal hazırlayırlar. Bunun səbəbini isə belə əsaslandırırlar: əgər ürək halva istəyərkən bişirilməzsə, bu, hansısa pis hadisəyə və ya yasa işarə ola bilər.

Bəs bu inanclar nə dərəcədə doğrudur?

İlahiyyatçı Tural İrfan Redaktor.az-a bu haqda fikirlərini bölüşdü:

"Çoxunu maraqlandıran bir sual var: "Quran", "ehsan", "molla" deyəndə yas, "halva" deyəndə niyə ölü yada düşür? Burada günahın yarısı xurafatçı və istismarçı ruhani təbəqənin, digər yarısı da marksist sovet rejiminindir.

Quranı ölü kitabı kimi məhdudlaşdıraraq, ehsanı da yalnız yeməklə müəyyən edib sırf yas məclisi anlamında təqdim ediblər. Halva Şərqin ən qədim yeməklərindən biridir. (Ərəbcə "dadlı" deməkdir.) Onun adını da yas yeməyi qoyub sırf ölü üçün təsnifatlandırıblar. Necə ki, bəziləri elə hesab edir ki, quymaq yalnız təzə doğmuş arvadların yeməyidir. O gün dükanda bir qadın halva üçün un aldığını dilə gətirən kimi dörd nəfər dərhal təəccüblə dilləndi: kimsə rəhmətə gedib? Deməli belə çıxır ki, yeməklərin də ölü və diri üçün olanı varmış... Halbuki belə deyil. Yazıq halvanı hörmətdən salıb ölü yeməyi elan ediblər. Halbuki halva elə toyda da verilə bilərdi, hətta kafelərdə menyuya daxil edilə bilərdi".

İlahiyyatçı vurğuladı ki, ehsan yaxşılıq deməkdir:

"Təkcə yemək süfrəsinə aid deyil. Amma yaxşılığı qarınla ölçənlər ehsanı da sırf yeməyə aid ediblər. Qəlbi sınıq birinin könlünü almaq da ehsandır. Yola düşmüş daşı kənara atmaq da ehsandır. İnsanlara xoş söz danışıb təsəlli vermək də ehsandır. Yetimin başına sığal çəkmək də ehsandır. Yesirə ayaqqabı almaq, korun qolundan tutmaq, miskinə əl tutmaq da ehsandır. Ehsan kimi İslamın böyük əhəmiyyətli qaydasını sırf yeməklə, qarınla məhdudlaşdırmaq əski goreşən molla sürüsünün mənfur bidətlərindəndir ki, sovet rejimi də dini bu cür təqdim etmək üçün onlara şərait yaradıb.

Sovet vaxtı qəbir üstə Quran oxumağa bir söz demirdilər. Amma ictimai yerdə, tədbirdə, işdə, məktəbdə bircə ayə oxusaydın adamın dərisini soyardılar. Demək Quranı anlamamaq və ölülər üçün oxumaq onlara sərf edirdi. Yəni ehsanı qarınla, halvanı yasla, Quranı da ölü ilə bağladılar, mollalarla marksistlər əsl İslamı beləcə dəfn etdilər.

İndi bir ilahiyyatçıya, din xadiminə desən ki, gəl bizə bir Quran oxu, o saat böyürdən bir neçəsi təəccüblə dillənəcək ki, "kimsə rəhmətə gedib?" Yaxud desən ki, axşam ehsan verirəm, bizə gəlin, hamı deyəcək, yəqin dədəsinə, ya da anasına "ehsan" verir. Demək ehsanı yalnız ölü üçün yemək süfrəsi kimi möhürləyiblər. Amma əslində qarşılıq almayıb təmənnasız edilən yaxşılığın hamısı ehsandır.

O gün yaşlı qadın dükandan bir kisə un alırdı, dedi halva çalmaq üçün alıram. Dərhal gözü bərəli üç nəfər həyəcanla soruşdu: "Fatma xala, rəhmətə gedən var?"  Arvad qəzəbli halda qayıtdı ki, "Allah eləməsin, a bala, kişi qışda halva xoşlayır, onun üçün alırıq..."

Xurafi bir inanc formalaşıb ki, guya ürəyi halva istəyən üçün bişirilməsə, yas, yaxud pis hadisə baş verəcək. Bu, tamamilə cəfəngiyyatdır. Halva adi, sıradan bir xörəkdir. Onun ölüyə, yasa, bədbəxtliyə aidiyyəti yoxdur".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri