Icma.az
close
up
RU
Yelisey Sarayı və yeni reallıqlar: Fransa Azərbaycan münasibətlərində yumşalma

Yelisey Sarayı və yeni reallıqlar: Fransa Azərbaycan münasibətlərində yumşalma

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makronun Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü regionda yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Görüşün qarşı tərəfin təşəbbüsü ilə baş tutması, əslində, Yelisey Sarayının son illər Azərbaycanla münasibətlərdə buraxdığı ciddi səhvləri dərk etməyə başladığını göstərir. İkinci Qarabağ müharibəsindən sonra Fransa tərəfindən Azərbaycana yönəlik qərəzli bəyanatlar, qətnamələr və təxribatlar Paris-Bakı münasibətlərini ən aşağı səviyyəyə endirmişdi. Lakin indi geosiyasi mənzərə dəyişir - Cənubi Qafqazda sülhün reallaşması, Vaşinqton razılaşmasının yaratdığı yeni şərait və ABŞ-Azərbaycan yaxınlaşması fonunda Makron hökuməti də siyasətində korrektə etmək məcburiyyətində qalır. Fransa artıq anlayır ki, Azərbaycanı kənarda saxlayaraq regionda sabit mövqe qazanmaq mümkün deyil.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu görüş ilk növbədə Fransa tərəfinin təşəbbüsü ilə baş tutması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, Makron hökuməti başa düşür ki, Azərbaycanla qarşıdurma siyasəti onlara heç bir strateji qazanc gətirmədi: “Prezident İlham Əliyevin sabit və prinsipial mövqeyi Fransa üçün yeni reallıqlar yaradır. Paris artıq anlayır ki, Cənubi Qafqazda balanslı siyasət yalnız Bakı ilə əməkdaşlıqdan keçir. Ona görə də bu görüş münasibətlərin bərpası üçün ilkin siyasi jest kimi dəyərləndirilə bilər”.

Müsahibimiz hesab edir ki, Fransa Azərbaycanın sülh gündəliyinə səmimi şəkildə dəstək verə bilər. Politoloqun fikrincə, lakin bu, Makronun ritorikadan real addımlara keçməsindən asılı olacaq:

“Vaşinqton razılaşması göstərdi ki, Azərbaycan regionda sülhün əsas təşəbbüskarıdır. Fransa isə bu prosesi kənardan tənqid etməkdənsə, onun dəstəkçisi olmalıdır. Əgər Makron həqiqətən Cənubi Qafqazda təsirini saxlamaq istəyirsə, Ermənistanın təzyiqi ilə deyil, reallıqlarla hərəkət etməlidir. Yalnız bu halda Fransa sülh prosesində etibarlı tərəf kimi qəbul ediləcək”.

Züriyə Qarayeva: Fransa qərəzli siyasətindən imtina edərsə, münasibətlərin bərpası mümkündür

Z.Qarayeva burğulayıb ki, mövcud vəziyyət Fransa hakimiyyətini Azərbaycanla əlaqələrə yenidən baxmağa, bu yöndə addım atmağa məcbur edir. Dediyinə görə, ABŞ və Türkiyə ilə yaxınlaşan Azərbaycan artıq regionun aparıcı gücünə çevrilib. Fransa bu reallığı qəbul etmədən nə Cənubi Qafqazda, nə də Avrasiya enerji siyasətində söz sahibi ola bilər. Bu səbəbdən Paris tədricən diplomatik tonunu yumşaldır və səmimi dialoqa yönəlir. Azərbaycan isə həmişə qarşılıqlı hörmət və bərabər əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərə açıq olub.

Azərbaycan-Fransa münasibətlərində perspektivə gəlincə, politoloq qeyd edib ki, əgər Fransa əvvəlki qərəzli siyasətindən imtina edərsə, münasibətlərin bərpası mümkündür. Qarayevaya görə, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması həm Bakının, həm də Parisin maraqlarına uyğundur.

“Azərbaycan açıq kommunikasiya və iqtisadi əməkdaşlıq xəttini dəstəkləyir. Fransa bu istiqamətdə real təşəbbüslər göstərərsə, əlaqələr tədricən normallaşa bilər. Əks halda, Makronun siyasi jestləri sadəcə diplomatik görüntü olaraq qalacaq”, - deyə Züriyə Qarayeva vurğulayıb.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see226

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see214

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see182

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see137

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see131

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see123

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri