Icma.az
close
up
RU
Yelo Bank ötən ili rekord maliyyə nəticələri ilə başa vurdu! Xəbər saytı Son xəbərlər və Hadisələr

Yelo Bank ötən ili rekord maliyyə nəticələri ilə başa vurdu! Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

"Yelo Bank" ASC 2024-cü ilin son rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. Xüsusilə xalis mənfəət üzrə rekord artım qeydə alınıb.

Belə ki, "Yelo Bank"ın 2024-cü ilin sonuna xalis mənfəəti 43 milyon manatı ötüb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Digər maliyyə nəticələrinə gəldikdə isə:

- Bankın kredit portfeli böyüyüb: 2023-cü ilin sonu ilə müqayisədə 22 % artımla 935 milyon manata çatıb.

- Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: biznes kredit portfeli 21,5 % artımla 587 milyon manat olub.

- Real sektor hər zaman prioritetlər arasında olub: il ərzində mikro bizneslərə Bank tərəfindən 364 milyon manat vəsait ayrılıb. İlin sonuna mikrokredit portfelinin həcmi 347 milyon manat təşkil edib, bu da 2023-cü ilin analoji dövründən 24,6 % çoxdur.

- İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: il ərzində 32 mindən çox istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 23,5 %-lik artımla 347 milyon manata çatıb. Bu satışların 38 %-i, eləcə də portfel artımının 50 %-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

- Bankın əmanət təklifləri cəlbedici olmağa davam edib: fiziki şəxslərin müddətli depozitlərinin həcmi il ərzində 37 % artaraq 652 milyon manata yaxınlaşıb. Bu artım bankın müştərilər arasında etibarlı maliyyə tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.

- Faiz və qeyri-faiz gəlirləri də artıb: il ərzində Bankın faiz gəlirləri 34 % artaraq 151 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 32 milyon manata çatıb.

- Bankın kapital mövqeyi xeyli güclənib: hesabat dövründə məcmu kapital 148,7 milyon manat təşkil edir, bu da əvvəlki ilin eyni dövründən 36 % çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,15 %, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7,05 % olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. 2024-cü ilin sonuna Bankın aktivləri 1 milyard 280 milyon manat təşkil edir.

"Yelo Bank" 2025-ci ildə də dinamik inkişafını davam etdirməyi planlaşdırır. Bank yeni filialların açılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və mövcud xidmətlərin müasirləşdirilməsi üzrə bir sıra layihələr həyata keçirəcək. Bu yeniliklərdə isə ESG yanaşması, dayanıqlılıq prinsipləri, müştərimərkəzli addımlar üstünlük təşkil edəcək. Xüsusilə bölgələrdə xidmət şəbəkəsini böyütməyi hədəfləyən "Yelo Bank" maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməyə davam edəcək.

Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" - Parlaq bankçılıq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Yanvar 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri