Yeni dünya siyasi nizamında əsas və həlledici güc kimi ABŞ qalmaqdadır
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın Venesuela prezidenti Nikolas Moduranın həbs edilməsi istiqamətində atdığı addımlar və Monro doktrinasına faktiki qayıdışı Rusiyada bəzi dairələri “həvəsləndirib”. Rusiyada hesab edənlər var ki, yaranmış geosiyasi şəraitdən istifadə edərək Cənubi Qafqaz və Mərkəzi Asiyada “xüsusi əməliyyatlar” keçirilməli və bu regionlar yenidən nəzarət altına alınmalıdır.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
"Lakin nəzərə almaq lazımdır ki, ABŞ-ın başlatdığı bu proses ilk növbədə Rusiya, İran və Çinin strateji baxımdan zəiflədilməsinə hesablanıb. Bu ssenari ilk olaraq Ukraynada tətbiq olundu. Rusiya Ukraynaya hücum etməklə özünü uzunmüddətli strateji çökmə tələsinə saldı. Artıq dörd ilə yaxındır ki, Rusiya Donbasın inzibati sərhədlərinə tam çıxmaq iqtidarında deyil. Ordusu Kupyansk və Pokrovsk istiqamətlərində ciddi itkilərə məruz qalır.
Bu şəraitdə Rusiyada növbəti hərbi əməliyyatlara başlamaq çağırışları səsləndirilir. Lakin haqlı sual yaranır: bunu hansı ordu ilə edəcəklər? Üstəlik, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ötən əsrin 1920-ci illərinin zəif və institutsuz dövlətləri deyil. Bu ölkələr müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində öz yeri olan subyektlərdir.
Rusiyanın tanınmış telejurnalisti Vladimir Solovyovun qonşu ölkələrə qarşı “xüsusi əməliyyatlar”la bağlı açıqlamaları Moskvanın qonşuları ilə münasibətlərində etimadı faktiki olaraq sıfırlayır. Bu cür ritorika Rusiyanı təhlükəsizlik təminatçısı yox, risk mənbəyi kimi təqdim edir.
ABŞ Venesuela və digər regionlarda Rusiyanın beynəlxalq güc kimi mövqelənmək cəhdlərinin qarşısını almaqla, Moskvanı daxili problemlərə fokuslanmağa məcbur edir. İranda baş verən proseslərin növbəti mərhələdə Rusiyanın özündə baş verməsi də istisna edilmir. Ukrayna bataqlığına düşmüş Rusiyanın bu münaqişədən “təmiz çıxması” real görünmür. Bataqlığa saplanmış bir dövlətin təsir dairəsini genişləndirmək məqsədilə yeni hərbi əməliyyatlara başlaması faktiki olaraq siyasi intihardır.
Mövcud şərtlər daxilində Rusiyanın fövqəldövlət statusunu bərpa etməsi real görünmür. Yeni dünya siyasi nizamında əsas və həlledici güc kimi ABŞ qalmaqdadır. Məhz Rusiya və Çinin fövqəldövlət olmaq və öz ambisiyalarını genişləndirmək cəhdləri fonunda beynəlxalq siyasi və təhlükəsizlik sistemində ciddi böhran yaranıb. ABŞ isə pozulmuş qlobal nizamı öz maraqları çərçivəsində yenidən formalaşdırmağa çalışır.
Bu kontekstdə Azərbaycanın ABŞ ilə strateji əməkdaşlığının dərinləşməsi ölkəmizin təhlükəsizliyinin və suverenliyinin daha da möhkəmlənməsinə xidmət edəcək".
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 12 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















