Icma.az
close
up
RU
Yeni ictimai çimərliklərdə yay turizm mövsümünün ilkin nəticələri AÇIQLANDI

Yeni ictimai çimərliklərdə yay turizm mövsümünün ilkin nəticələri AÇIQLANDI

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avqustun 30-da Dövlət Turizm Agentliyi Şüvəlan qəsəbəsindəki yeni ictimai çimərliklərə mediatur təşkil edib.

AZXEBER.COM xəbər verir ki, mediatur çərçivəsində yay turizm mövsümünün ilkin nəticələri açıqlanıb. Eyni zamanda Şüvəlanda 5 sahibkarın fəaliyyət göstərdiyi 3 çimərlikdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən abadlıq tədbirləri barədə məlumat verilib.

Qeyd olunub ki, yay mövsümünün əvvəlindən yerli və xarici turistlər tərəfindən Abşeron yarımadasındakı çimərliklərdə çatışmazlıqlarla bağlı Dövlət Turizm Agentliyinə çoxsaylı müraciətlər ünvanlanıb. Bu müraciətlər əsas götürülərək aparılan monitorinqlər nəticəsində bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyət, zəruri infrastruktur, təmizlik qaydalarına riayət edilməsi, tullantıların idarə olunması, sahil zolağının təmiz saxlanılması ilə bağlı vəziyyətin qənaətbəxş olmadığı müəyyənləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq, Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində seçilmiş 3 çimərlikdə müasir tələblərə cavab verən ictimai (ödənişsiz) çimərliklər yaradılıb.

Pilot layihə çərçivəsində 15,3 hektar sahəni əhatə edən 3 çimərlik ərazisində taxta döşəmələr, sanitar qovşaqlar, futbol və voleybol meydançaları, uşaqların əylənməsi üçün xüsusi meydança, masa və oturacaqlarla təmin olunmuş söhbətgahlar yaradılıb, günəşdən mühafizə çətirləri və çimərlik üçün digər zəruri avadanlıqlar  quraşdırılıb. Bu pilot layihə Azərbaycanda dayanıqlı turizmin inkişafına növbəti töhfədir.

Həmçinin bildirilib ki, Azərbaycanda yay mövsümü daxili və gəlmə turizmi baxımından ən yüksək aktivlik dövrü hesab olunur. Bu aylar ərzində ölkəmizə səfər edən hər üç əcnəbi turistdən təxminən biri (32 faiz) məhz yay mövsümündə səyahət edir. Yay aylarında turist axınında xüsusilə Yaxın Şərq, Şimal-Şərqi Asiya və Avropa ölkələrindən gələn ziyarətçilərin payı daha yüksəkdir. Mövsüm ərzində MDB ölkələrindən gələn turistlər arasında çimərlik turizminə maraq xüsusilə fərqlənir. Eyni zamanda, daxili turizm göstəriciləri də yay mövsümünün əhəmiyyətini təsdiqləyir.

Son illərin tendensiyası belədir ki, il ərzində yerli turistlər tərəfindən həyata keçirilən ölkədaxili səfərlərin ümumi sayı 20 milyondan çox olur. Həmin səfərlərin də təxminən 40 faizi yay aylarının payına düşür. Bu dövrdə regionlara səyahətlərin sayında artımla yanaşı, regionlardan Bakıya, xüsusilə də çimərlik turizmi məqsədilə səfərlərin intensivliyi müşahidə olunur.

Xatırladaq ki, Azərbaycan Respublikası ərazisində çimərliklərin ümumi sayı 200-dən çoxdur. Onlar əsasən Bakı, Sumqayıt, Xaçmaz, Lənkəran, Astara və Mingəçevir şəhərlərində yerləşir. Ümumilikdə ölkədəki çimərliklərin 80 faizi isə məhz Bakı və Abşeron yarımadası ərazisindədir. Burada 17 çimərlik zonası mövcuddur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 30 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see329

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see294

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see164

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see159

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see137

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see136

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see136

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see133

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see133

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see129

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see129

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see129

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see129

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see128

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see128

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see125

Dünyada buğdanın qiyməti çökdü

14 Oktyabr 2025 15:36see123

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see123

Tünd şokoladın FAYDALARI

14 Oktyabr 2025 13:46see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri