Icma.az
close
up
RU

Yeni ilə çəki almadan necə keçirək?

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

SAĞLAM BAYRAM SÜFRƏSİNİN SİRRİ
Çəki almadan, sinir sistemi və ürək fəaliyyətini dəstəkləyərək, yeni ili necə keçirə bilərik? Sağlam bayram süfrəsinin sirri açıqlanıb.
Sidneydəki Beyin Sağlamlığı Mərkəzinin yeni tədqiqatı göstərib ki, pəhrizimizdə daha çox meyvə və tərəvəz olması depressiya əlamətlərini azaldır və bizi daha çox xoşbəxt edir. Alimlər 45 yaşdan yuxarı 3 483 cütlüyü 11 il ərzində müşahidə edib. Gündə 400 qram meyvə və tərəvəz yeyənlərin psixoloji vəziyyətlərinin yaxşı olduğunu görüblər. Tədqiqatçılar, bu effekti yüksək miqdarda qida lifləri, vitaminlər və mineralların tərkibi ilə əlaqələndirib. Həmçinin, meyvə və tərəvəzlərin bağırsaq mikrobiomunu yaxşılaşdıraraq, orqanizmdəki ümumi iltihabı azaldığını qeyd edib.
“Yaxınlaşan Yeni il bayramları və süfrələr, sağlamlığımıza zərər vermək əvəzinə, onu dəstəkləmək üçün bir fürsətdir” deyə Moskva Səhiyyə Departamentinin baş mütəxəssisi Antonina Starodubova qeyd edib. O bildirib ki, Yeni il şirniyyatları, mayonezli salatlar, şəkər, duz və doymuş yağlarla zəngin yeməklər əvəzinə otlar, meyvələr və giləmeyvələrdən hazırlanan yeməklər istehlak etmək daha məsləhətlidir. Öz zövqünüzə uyğun olaraq ən gözəl və yetişmiş meyvələri seçin. Yaxşı olar ki, bunlar müxtəlif formada, dadda və rənglərdə olsun. Qış mövsümü olduğundan lazimi vitaminləri almaq üçün bizə kömək edə biləcək məhsullar arasında yerkökü, balqabaq, soğan, sarımsaq, çuğundur, kələm, müxtəlif növ turp, həmçinin alma, albalı, nar, müxtəlif sitrus meyvələri yer alır. Və əlbəttə ki, onları istehlak edərkən həddi aşmamaq lazımdır.
Sağlamlığınızın qeydinə qalın ki, bayramı sağlam qeyd edəsiniz. Yeni iliniz mübarək.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 01 Yanvar 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri