Yeni ixtiralara həvəsləndirmə məqsədilə stimullaşdırıcı addımlar atılsın Deputatdan TƏKLİF
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Müzakirəyə çıxarılan "Patent haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi innovasiya ixtiraçılıq və əqli mülkiyyətin qorunması sahəsində ölkəmizin hüquqi bazasının beynəlxalq standartlara uyğunlaşdırılması baxımından olduqca mühüm və vaxtında irəli sürülmüş təşəbbüsdür və təqdirəlayiqdir".
Redaktor.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisdə çıxışında bildirdi.
Onun sözlərinə görə, layihədə beynəlxalq təcrübənin nəzərə alınması, patent və ixtira ilə bağlı prosedurların sadələşdirilməsi, ekspersiya müddətlərinin əhəmiyyətli dərəcədə azaldılması, eləcə də iddiaçıların üzləşdiyi texniki və inzibati çətinliklərin aradan qaldırılması müasir innovativ iqtisadiyyatın tələblərinə tam cavab verir.
"Xüsusilə xarici iddiaçıların milli patent ofisinə birbaşa müraciət imkanının yaradılması Azərbaycanın əqli mülkiyyət sisteminin daha açıq, şəffaf və rəqabətə davamlı olmasına xidmət edəcək. Qanun layihəsində xidməti tapşırıq əsasında yaradılan ixtiralara görə müəlliflərə ən azı 50% həcmində qonorar ödənilməsinin qanunvericilik səviyyəsində təsbit olunması sosial ədalət prinsipinin bariz nümunəsidir və ədalətli yanaşmadır.
Hesab edirəm ki, bu yanaşma ixtiraçı əməyinin real qiymətləndirilməsinə, elmi-texniki potensialın qorunmasına və yaradıcı mühitin gücləndirilməsinə mühüm töhfə verəcək".
Deputat hesab edir ki, bu qanun layihəsinin qəbul edilməsi ölkədə ixtira və patent sahəsində bağlılığın artmasına, sənayedə tətbiq olunan innovativ həllərin sayının çoxalmasına, eyni zamanda qlobal innovasiya indeksi üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına real zəmin yaradacaq.
"Bununla yanaşı, əqli mülkiyyət sahəsində qanunvericiliyimizin ümumdünya ticarət təşkilatının tələblərinə uyğunlaşdırılması da təmin ediləcək.
Eyni zamanda, hesab edirəm ki, startaplar, gənc ixtiraçılar, ali təhsil müəssisələri və elmi tədqiqat institutlarına yeni ixtiralara həvəsləndirmə məqsədilə müəyyən stimullaşdırıcı addımların atılması da məqsədə uyğun olardı. Həmçinin, ixtira və patentlərin istehsalata və bazara çıxarılmasını stimullaşdıran mexanizmlərin hazırlanmasına da ehtiyac var. Bu yanaşma gəncləri innovativ ideyalara təşviq edər və nəticə etibarilə ölkədə bu sahənin inkişafına xidmət edər. Əlavə olaraq, patent müraciətləri və ekspersiya proseslərinin tam rəqəmsallaşdırılması üçün vahid pəncərə mexanizminin yaradılması da şəffaflığın və operativliyin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hörmətli həmkarlar, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, təqdim olunan qanun layihəsi strateji əhəmiyyətə malikdir. Və onun qəbul edilməsi Azərbaycan Respublikasında innovativ inkişafa elmi-texniki tərəqqiyə və əqli mülkiyyətin qorunmasına mühüm töhfə verəcək", - deyə Vasif Qafarov yekunlaşdırdı.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 26 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















