Icma.az
close
up
RU
“Yəqin ki, Tramp konkret “SEPAH”la bağlı müəyyən addımlar atacaq...”Üzeyir Cəfərov

“Yəqin ki, Tramp konkret “SEPAH”la bağlı müəyyən addımlar atacaq...”Üzeyir Cəfərov

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“General Qasim Süleymani məhz onun keçmiş hakimiyyəti dönəmində aradan götürülmüşdü. Bu mənada mümkündür ki, 2025-ci ildə...”

Qəzzada “HƏMAS”, eləcə də Livanda “Hizbullah”la savaşın açarı, demək olar ki, İsraillə İranın əlindədir və bu məsələdə Birləşmiş Ştatların hər iki dövlətə yanaşması da mühüm rol oynayır.  Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın isə hazırkı dövlət başçısı Cozef Baydendən daha çox İsrailə dəstək verəcəyi gözlənilir. Həmçinin bildiyiniz kimi, o, hakimiyyəti dövründə İranla nüvə proqramı ilə bağlı sazişi pozdu. “SEPAH”-ın hətta bu qurumun məşhur generallarından birini öldürdüyünə görə Trampın başına pul qoyduğu da iddia edilir. Bəs görəsən, belə olan halda Ağ Ev yeni prezidentin verdiyi sözə uyğun olaraq Qəzzada və Livanda savaşı necə durduracaq?..

Moderator.az-a açıqlamasında hərbi-siyasi ekspert Üzeyir Cəfərov mövzu ilə bağlı bunları söyləyib:

“Zənnimcə, Qəzzada və Livandakı savaşların durdurulmasında 2025-ci il yanvarın 20-dən sonra təyin ediləcək ABŞ-nin yeni Dövlət katibi də öz rolunu göstərəcək.  Bu məsələnin həlli üçün onun üzərinə yeni vəzifələr düşəcək. Yeni Dövlət katibi bununla bağlı İran və İsrail dövlətləri ilə də birbaşa, ya dolayısıyla yeni yönlü təmaslar quracaq. Və ona da şübhə yoxdur ki, ABŞ Tramp dövründə İsrailə dəstəyini davam etdirəcək və yəqin ki, həmin dəstəyi daha da gücləndirəcək. Çünki Trampın İrana münasibəti də hamıya yaxşı bəllidir. Və bəlkə də o, İrana qarşı Baydendən də sərt mövqe nümayiş etdirəcək. Ona görə də ola bilsin, İranda da yeni prezident Pezeşkian dönəmi olmasına rəğmən iki dövlət arasında münasibətlərdəki gərginlik  bəzi məsələlərdə kritik həddə çata bilər. 

Yəqin ki, ABŞ-nin 47-ci prezidenti konkret “SEPAH”-la bağlı da müəyyən addımlar atacaq. Məhz Trampın keçmiş hakimiyyəti dönəmində general Qasim Süleymani aradan götürülmüşdü. Bu mənada mümkündür ki, 2025-ci ildə “SEPAH”-ın hazırkı aparıcı fiqurları da Pentaqonun hədəfində olsun. Və biz xatırlayırıq ki, Trampın özünün fiziki cəhətdən məhv edilməsi üçün “SEPAH” bəzi bəyanatlar vermişdi. Bir sözlə, belə düşünürəm ki, 2025-ci ildə ABŞ-İran münasibətləri gərgin formada davam edəcək və Ağ Ev öz müttəfiqləri ilə bərabər İrana qarşı siyasi, hərbi, iqtisadi təzyiqləri daha da artıracaq...”

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri