Yeraltı avtomobil dayanacağında elektrik doldurma məntəqəsi istifadəyə verildi FOTO
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 tədbirinin keçirildiyi dövrdə SOCAR ətraf mühitin qorunmasına və təmiz enerji təşəbbüslərinə dəstək verən əhəmiyyətli addımlar atır.
Redaktor.az xəbər verir ki bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın baş ofisinin inzibati binasının (“SOCAR Tower”) yeraltı avtomobil dayanacağında elektrik və “plug-in hybrid” nəqliyyat vasitələri üçün müasir elektrik doldurma məntəqəsi (EDM) istifadəyə verilib.
Yeni EDM-də 22 kVt-lıq və 60 kVt-lıq güclə təchiz olunan elektrik doldurma stansiyaları xüsusi işarələr ilə digər zonalardan ayrılaraq unikal bir xidmət sahəsi olaraq fəaliyyət göstərəcək. Bu sosial layihə çərçivəsində, SOCAR əməkdaşları bu məntəqədən ödənişsiz istifadə edə biləcəklər. Doldurma xidmətinin enerji xərcləri isə şirkət tərəfindən qarşılanacaq.
SOCAR-ın ekoloji davamlılığa töhfəsini genişləndirmək məqsədilə yaxın gələcəkdə “SOCAR Tower”in əsas girişinin yaxınlığında 60 kVt-lıq, iki çıxışlı əlavə elektrik doldurma stansiyasının quraşdırılması da planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















