Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Yeraltı xəzinənin xalqımıza töhfəsi

Yeraltı xəzinənin xalqımıza töhfəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ötən il ölkədə 27,7 milyon ton neft və 51,5 milyard kubmetr təbii qaz hasil olunub

Energetika Nazirliyinin yaydığı operativ məlumatlara əsasən, 2025-ci ildə Azərbaycanda 27,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 3,8 milyon tonu (kondensat) “Şahdəniz” və 0,6 milyon tonu (kondensat) “Abşeron” yataqlarının payına düşüb. İl ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft və kondensat hasilatı isə 7,1 milyon ton təşkil edib.

Qurumun məlumatında o da bildirilir ki, il ərzində xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton, kondensat hasilatı 13,5 min ton təşkil edib. Ümumilikdə, hesabat dövründə ölkə üzrə neft hasilatı orta hesabla gündəlik 75,9 min ton olub. Bütövlükdə isə, Azərbaycanda karbohidrogenlərin sənaye üsulu ilə çıxarılmasına başlandığı vaxtdan indiyədək quru və dəniz yataqlarından, təqribən, 2 milyard 263 milyon ton neft və kondensat hasil olunub. İşlənmənin əvvəlindən qurudakı yataqlardan 992 milyon tondan artıq neft çıxarılıb. Ümumi hasilatın əksər hissəsi isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən zəngin neft yataqlarının payına düşüb. Belə ki, 1949-cu ildə dünyada ilk dəfə açıq dənizdə neftçxarmanın əsası qoyulduğu “Neft daşları” yatağının istismara daxil edilməsindən ötən 76 il ərzində Xəzər yataqlarından 1 milyard 265 milyon tondan çox neft və kondensat çıxarılıb.

2026-cı il yanvarın 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (bütün istismar dövründə) 617,5 milyon tondan artıq neft, “Şahdəniz” yatağından isə 52,5 milyon tona yaxın kondensat hasil olunub. Neft və kondensatın 668,3 milyon tonu ixrac edilib.

Yeri gəlmişkən, mütəxəssislərin proqnozlarına görə, hazırda Azərbaycanın çıxarıla bilən qalıq neft ehtiyatları 1 milyard tondan artıqdır ki, bunun da əksər hissəsi dəniz yataqlarının payına düşür. Bununla belə, son illər ölkəmizdə neft hasilatında azalma müşahidə olunur. Bu da ümumi iqtisadi inkişafa təsirsiz ötüşmür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı bu vacib məqama toxunaraq deyib: “Bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır.

Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-ə baxsaq, görərik ki, 11 ay ərzində 3,2 faiz artım qeydə alınıb, bu da pis göstərici deyil. Bu artım daha yüksək ola bilər və böyük ehtimalla olacaq. Eyni zamanda, biz neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik, – bu, mümkündür, – və təbii qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq. Bu da iqtisadiyyatımıza əlavə dinamika verəcək və onun böyüməsinə töhfə olacaq. Lakin artım təbii olmalıdır”.

Bununla yanaşı, dövlət başçısı əvvəlki çıxışlarında hökumət qurumlarının və Dövlət Neft Şirkətinin bu işlərin gələcək gedişatına daim diqqət yetirəcəyini vurğulayaraq ölkənin ümumi iqtisadi inkişaf templərini geriyə çəkən bu azalmanın aradan qaldırılacağına və sabit neft hasilatının təmin ediləcəyinə ümidvar olduğunu bildirib.

Yeri gəlmişkən, ABŞ Enerji İnformasiya Administrasiyası (EİA) 2026-cı ildə Azərbaycanda neft hasilatının sutkada 0,54 milyon barel səviyyəsində olacağını ehtimal edir ki, bu da əvvəlki proqnozlara uyğun gəlir. Qurumun proqnozuna görə, orta gündəlik hasilat göstəriciləri birinci rübdə 0,55 barel, ikinci rübdə 0,54 barel, üçüncü rübdə isə 53 mln barel təşkil edəcək. EİA, həmçinin hesab edir ki, 2027-ci ilə qədər Azərbaycanda gündəlik orta hesabla 0,65 milyon barel neft-qaz hasil olunacaq ki, bu da yeni perspektivli layihələrlə bağlıdır.

Əvvəlki illərdə olduğu kimi, “qara qızıl”ın magistral neft kəmərləri ilə dünya bazarına nəqli də fasiləsiz olaraq davam edib. Energetika Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20 milyon tonu Azərbaycan hökuməti ilə tərəfdaşlıqda çalışan konsorsiumun, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə “Abşeron” yatağının əməliyyatçısı olan JOCAP-ın payına düşüb.

2025-ci ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 6,2 milyon ton xam neft emal olunub. Yeri gəlmişkən, ölkəmizdə xam neftin emalı təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilir. Daxili bazarın neft məhsullarına olan tələbatını tam ödəyən zavodda son illər bir sıra yenidənqurma və modernləşdirmə işləri aparılıb.

Energetika Nazirliyinin 2025-ci ilin yekunları ilə bağlı hesabatına əsasən, il ərzində ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 27,9 milyard kubmetri “Şahdəniz” və 1,6 milyard kubmetri “Abşeron” yataqlarının payına düşüb. Hesabat dövründə SOCAR-ın tabeliyində olan müəssisələr tərəfindən isə 7,9 milyard kubmetr “mavi yanacaq” hasil olunub.

2006-cı ilin sonlarında istismara daxil edilmiş “Şahdəniz” yatağından indiyədək 264,7 milyard kubmetr qaz hasil edilib. Ötən 31 ildən artıq müddətdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan isə 243,9 milyard kubmetr “mavi yanacaq” çıxarılıb. 2026-cı il yanvarın 1-dək həmin yataqlardan 191,2 milyard kubmetr qaz ixraca nəql edilib.

Ümumilikdə, Azərbaycanda quru və dəniz yataqlarından indiyədək, təqribən, 1 trilyon milyard kubmetr qaz çıxarılıb. Mütəxəssislər ölkəmizin mövcud qaz ehtiyatlarının 2,6 trilyon kubmetr həcmində qiymətləndirirlər. Bu isə o deməkdir ki, yaxın gələcəkdə ölkə üzrə qaz hasilatı bir qədər də artacaq. Ötən il Azərbaycanın xaricə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Qazın 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib. İl ərzində Türkiyəyə TANAP-la 5,6 milyard kubmetr qaz nəql olunub.

Bununla belə, ölkəmiz “mavi yanacaq” ixracının artırılması üçün yaxı imkanlara malikdir. Prezident İlham Əliyev yerli televiziya kanalllarına müsahibəsində bildirib ki, mövcud və yeni yataqlardan hasilatın artırılması ölkəmizin qaz təchizatı kimi rolunu bir qədər də genişləndirəcək. Dövlət başçısı “Azəri-Çıraq-Günəşli” dərin qaz, “Şahdəniz Kompressiya” və “Abşeron”un yatağının ikinci işlənmə layihələrinin, eləcə də son dərəcə ümidverici sayılan “Babək” yatağının işlənməyə cəlb edilməsinin Azərbaycanın ixrac potensialının artırılmasına mühüm töhfələr verəcəyini diqqətə çatdırıb: “Biz təchizatı artırmaq variantını nəzərdən keçiririk. Şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı kimi yaxşı nüfuza, yaxşı siyasi əlaqələrə malik olan Azərbaycanın qazı bir çox ölkələr üçün enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki müştərilərimizin əksəriyyəti Avropa İttifaqının üzvləridir. Bütün bunlar çox müsbət amillərdir”.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:338
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri