Icma.az
close
up
RU
Yerli müəlliflərin əsərlərini xarici dillərə kim tərcümə EDƏCƏK?

Yerli müəlliflərin əsərlərini xarici dillərə kim tərcümə EDƏCƏK?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uzun müddətdir Azərbaycan yazıçı və şairlərinin əsərlərinin, həmçinin, elmi əsərlərin dünyada tanıdılması müzakirə olunur. Azərbaycan oxucusu dünya ədəbiyyatı nümunələrini ana dilində oxuya bildiyi kimi, öz ədəbiyyatının da dünyada tanıdılması arzusundadır. Bu, hər bir azərbaycanlının istəyi ilə yanaşı həm də müəlliflərin gözləntisidir. Bunun üçün ilk addım isə əsərlərin xarici dillərə tərcümə olunmasıdır. Növbəti pillələr isə əsərlərin təbliği ilə bağlıdır.
Yanvarın 14-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda bu məsələ də öz əksini tapıb. Belə ki, Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsi təsis ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:
Qloballaşma şəraitində Ana dilimizin və ədəbiyyatın qorunması ZƏRURƏTİ - “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının ƏSAS HƏDƏFLƏRİ


Bəs bununla məşğul olacaq dövlətin maliyyələşdirdiyi tərcümə mərkəzləri varmı?
Mövzu barədə Bizim.Media-ya danışan Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova deyib ki, bu layihə boğluğun doldurulmasında mühüm addımdır:
“Prezident İlham Əliyevin “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasını təsdiqləməsi mədəniyyət siyasətində uzunmüddətli və sistemli yanaşmanın formalaşdığını göstərir. Konsepsiyada mədəniyyətin bütün sahələri ilə yanaşı, ədəbiyyatın inkişafı, qorunması və beynəlxalq müstəvidə tanıdılması xüsusi yer tutur.
Xüsusilə Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlı nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsi illərdir müzakirə olunan, lakin tam şəkildə institusional həllini tapmayan bir boşluğun doldurulması baxımından mühüm addım kimi dəyərləndirilə bilər”.
Onun sözlərinə görə, hazırda Azərbaycanda tərcümə fəaliyyəti sahəsində vəziyyət ziddiyyətlidir:
“Bir tərəfdən, tərcüməyə ehtiyac heç vaxt indiki qədər böyük olmayıb: Azərbaycan ədəbiyyatının, elmi fikrinin, humanitar irsinin dünyaya çıxarılması dövlətin mədəni diplomatiyasının əsas istiqamətlərindən birinə çevrilib. Digər tərəfdən isə bu sahədə uzun illər əsas yükü daşıyan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğvindən sonra mərkəzləşdirilmiş, vahid strategiya ilə işləyən bir qurum faktiki olaraq mövcud deyil. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fəaliyyət göstərsə də, onun əsas profili daha çox rəsmi və texniki sənədlərin tərcüməsinə yönəlib və ədəbi tərcümə bu fəaliyyətin mərkəzində dayanmır.
Bu boşluq müəyyən qədər dövlət nəşriyyatları və ayrı-ayrı qurumlar tərəfindən kompensasiya olunur. “Azərnəşr” müxtəlif illərdə Azərbaycan ədəbiyyatının xarici dillərdə nəşrində iştirak edib, Milli Kitabxana isə beynəlxalq kitab mübadiləsi və əməkdaşlıq çərçivəsində ölkə ədəbiyyatının yayılmasına töhfə verməyə çalışır. Bununla yanaşı, özəl nəşriyyatlar və fərdi təşəbbüslər də mövcuddur, lakin bu işlər əsasən sistemsiz, davamlı maliyyə və dövlət sifarişi olmadan həyata keçirilir. Nəticədə tərcümə olunan əsərlərin seçimi, keyfiyyəti və yayımı vahid konsepsiyaya əsaslanmır.
Məhz bu mənzərədə “Azərbaycan ədəbiyyatı xaricdə” layihəsi təkcə yeni bir təşəbbüs deyil, həm də strukturlaşdırıcı mexanizm rolunu oynaya bilər. Əgər bu layihə çərçivəsində prioritet dillər, janrlar və müəlliflər müəyyənləşdirilsə, klassik və müasir ədəbiyyat balansı qorunsa, elmi və humanitar əsərlər ayrıca xətt kimi nəzərdə tutularsa, nəticə daha təsirli olar. Tərcümənin keyfiyyətinə ciddi nəzarət, redaktə və ekspertiza mexanizmləri yaradılmalıdır. Çünki dünya oxucusu üçün Azərbaycan ədəbiyyatının ilk təəssüratı məhz bu tərcümələrin səviyyəsi ilə formalaşacaq”.
Deputat digər vacib məsələnin icra modeli olduğunu vurğulayıb:
“Layihə yalnız dövlət qurumlarının üzərində qalmamalı, özəl nəşriyyatlar, müstəqil tərcüməçilər, universitetlər və xarici tərəfdaşlarla açıq əməkdaşlıq formatında həyata keçirilməlidir. Qrant proqramları, müsabiqələr və rezidentura tipli təşəbbüslər həm gənc tərcüməçilərin yetişməsinə, həm də peşəkar ədəbi tərcümə məktəbinin formalaşmasına xidmət edə bilər.
Paralel olaraq rəqəmsal platformaların yaradılması, e-kitab və audiokitab formatlarının istifadəsi Azərbaycan ədəbiyyatının daha geniş auditoriyaya çıxışını təmin edər.
 

Nəticə etibarilə, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində nəzərdə tutulan bu layihə düzgün qurulduğu halda, təkcə tərcümə fəaliyyəti ilə məhdudlaşmayacaq, Azərbaycanın mədəni imicinin formalaşmasında strateji alətə çevriləcək. Əsas məsələ onu formal bir proqram kimi deyil, uzunmüddətli, davamlı və peşəkar şəkildə işləyən bir sistem kimi qurmaqdır. Bu baş verərsə, Azərbaycan ədəbiyyatı ilk dəfə olaraq təsadüfi deyil, planlı və məqsədyönlü şəkildə dünya oxucusunun diqqətinə təqdim oluna bilər”.


Qeyd edək ki, 2012-ci ildə yaradılan “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” 2024-cü ildə ləğv edilib.
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri