Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Yerlibaz olmağın mənasızlığı haqqında

Yerlibaz olmağın mənasızlığı haqqında

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Görəsən, dünyada yerlibaz olan insandan daha mənasız kim var?

Ümumiyyətlə, ağlı başında, düşüncəsi yerində olan adam hansı səbəbə görə öz rayonu və rayonunun “qeyrətli bacı-qardaşları” ilə fəxr etməlidir?

Məsələn, bir adam başqa bir tanınmış adamdan söz düşəndə, onunla həmkəndli olduğu üçün niyə məxsusi sevinməli, bunu dilə gətirməlidir?

Axı bir insan həyatda nə qədər uğursuz olmalıdır ki, onun fəxarət yeri belə bir məsələ olsun?

Əlbəttə, suallar ritorikdir, fəqət müasir dünyada xüsusi ilə milliyyətçilik kimi ideologiyadan kənarda yerlibaz olmaq, birmənalı şəkildə sosial şüursuzluq, natamamlıq, cahillikdir. Bu, həm də özünü tapa bilməməkdir.

Məsələn, əgər bir bölgə və insanları haqqında mənfi söz deyilən zaman, həmin bölgədən olan başqa bir adamın xətrinə dəyirsə, pis olursa, “hər yerin yaxşısı da var, pisi də var” kimi ucuz müdafiə mexanizminə keçirsə, əlbəttə, o adam ən yaxşı halda formalaşmamış adamdır.

Çünki formalaşmış insan özünü coğrafiyanın təsadüfi möhürü ilə deyil, fərdi keyfiyyətləri, əməlləri və düşüncə səviyyəsi ilə tanıdır.

Yerlibazlıq mahiyyət etibarilə kollektiv məsuliyyətsizlikdir: insan öz bacarıqsızlığını, ideyasızlığını, cəmiyyətə verə bilmədiyini bir rayonun adına sığınıb gizlədir. “Bizim tərəfin adamları qeyrətlidir”, “filan rayon həmişə belə olub” kimi cümlələr fərdi zəhmətin, fərdi məsuliyyətin üstündən xətt çəkir. İnsan öz adından danışmaq əvəzinə, coğrafiyanı qabağa verir.

Daha təhlükəlisi odur ki, yerlibazlıq zamanla əxlaqi korluğa çevrilir. Adam öz bölgəsindən olanın oğurluğunu “bizim uşaqdır”, savadsızlığını “sadədir”, zorakılığını “qeyrətlidir” deyə bəraət qazandırır. Beləcə, fərd yox olur, əvəzində tayfa psixologiyası qalır. Ədalət, prinsip, həqiqət isə “bizdən olan” filtrindən keçmədiyi üçün rədd edilir.

Yerlibaz insan üçün həqiqət universal deyil, lokal anlayışdır. O, yanlışın yanlış olduğunu yox, kimin tərəfindən edildiyini ölçür. Bu isə cəmiyyətin çürüməsinin ən sürətli yoludur. Çünki bu düşüncə tərzində istedad da, vicdan da, zəhmət də ikinci plana keçir; əsas meyar “haradansan?” sualı olur.

Normal, yetkin insan başqasının uğuruna onunla eyni kənddən olduğu üçün yox, həmin uğurun dəyərinə görə sevinər. Əks halda, bu sevinc deyil, başqasının nailiyyəti ilə öz daxili boşluğunu doldurmaq cəhdidir. Tanınmış birinin adını öz bioqrafiyasına calamaq, “bizdəndir” deməklə özünü böyütmək cəhdi – əslində, öz kiçikliyini etiraf etməkdir.

Yerlibazlıq nə adət-ənənədir, nə də məsum bağlılıq. Bu, intellektual tənbəllikdir. Düşünmək əvəzinə sığınmaqdır. Özünü qurmaq əvəzinə, mənsubiyyətlə öyünməkdir. Və ən acınacaqlısı: bu düşüncə insanı ömür boyu başqasının kölgəsində yaşamağa məhkum edir.

Çünki şəxsiyyət coğrafiyadan doğulmur. Şəxsiyyət seçimdən, zəhmətdən və vicdandan doğur. Coğrafiya ilə fəxr edən adamın isə adətən fəxr edəcək başqa heç nəyi olmur.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri