Yevlaxda ağır qəza: xəsarət alanların sayı artıb (Yenilənib)
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yevlaxda mikroavtobusla minik maşını toqquşub.
Hadisə rayonun Əxşəm kənd yolunda qeydə alınıb.
Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər - 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1984-cü il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov və 1990-cı il təvəllüdlü Arzu Həmidova xəsarət alıb.
Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Yevlaxda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
Qəzada xəsarət alanların sayı 6-ya çatıb.
Belə ki, hadisə nəticəsində daha bir nəfər - 1991-ci il təvəllüdlü Çinarə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib(Report).

Yevlaxda zəlzələ oldu YENİLƏNİB
28 İyul 2025 09:06
Yevlaxda avtobus aşdı Xəsarət alanlar var (ADLAR/YENİLƏNİB)
16 Aprel 2025 09:54
Yevlaxda maşın kanala düşdü YENİLƏNİB
20 Yanvar 2025 19:45
Yevlaxda həmkəndlilərin mübahisəsi qətllə nəticələnib YENİLƏNİB
28 İyul 2025 14:17
Yevlaxda atasını bıçaqlayan şübhəli yaxalandı YENİLƏNİB
26 Avqust 2025 22:20

