Yevlaxda yeni məktəb binasının inşası yekunlaşır
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səməd Vurğun adına Yevlax Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasında tamamlama işləri gedir.
Məktəbin 1936-cı ildə tikilmiş və yararsız hala düşmüş köhnə binası 2024-cü ildə sökülüb və onun yerində 4 mərtəbəli, 582 yerlik yeni, müasir tələblərə cavab verən məktəb binası inşa edilib. Llayihə üzrə nəzərdə tutulmuş işlərin böyük hissəsi yerinə yetirilib və tikinti yekunlaşmaq üzrədir.
Məktəbdə müasir laboratoriyaların, kitabxananın, yeməkxananın, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqlarının, emalatxananın, idman salonunun fəaliyyət göstərməsi nəzərdə tutulur.
Yevlax şəhər rəhbəri Anar Tağıyev də yeni məktəbin tikintisi ilə tanış olub, aparılan işlərin vaxtında başa çatdırılması və məktəbin ərazisində zəruri abadlıq işlərinin aparılması ilə bağlı fikirlərini bildirib.
Zakir Muradov, Yevlax
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 18 Fevral 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















