Yoldakı çuxurdan təngə gələn “BakuBus” sürücüsü çıxış yolunu belə tapdı VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Yoldakı çuxuru doldurmağa çalışan sürücünün görüntüsü sosial şəbəkədə geniş yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 4-də səhər saatlarında Xırdalan şəhəri ərazisində qeydə alınıb. Belə ki, “BakuBus” MMC-yə məxsus 99-JK-538 dövlət nömrə nişanlı 120 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü yolun asfalt örtüyündəki problemi aradan qaldırmağa çalışıb. Kadrdan da göründüyü kimi, o, avtobusun yük yerinə yığdığı daşları yoldakı çuxura düzərək qismən də olsa çökəkliyi örtüb.
Qeyd edək ki, sürücünün bu davranışı sosial şəbəkədə alqışla qarşılanıb. İstifadəçilər yoldakı çuxurun uzun müddətdir mövcud olduğunu, hətta bu səbəbdən avtomobillərinə maddi ziyan dəydini şərh bölməsində bildiriblər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 05 Mart 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















