Yolun ortasında düşən yaşlı kişi motosikletlə toqquşmaqdan son anda xilas oldu VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Qara Qarayev prospektində qayda pozan sürücülər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında “Neftçilər” metrosu yaxınlığında qeydə alınıb. Kadrlardan göründüyü kimi, 10-TH-691 dövlət nömrə nişanlı “London Taxi TX4” markalı avtomobilin sürücüsü sərnişini yolun ortasında düşürüb. Bu an hərəkətdə olan motosiklet sərnişinə çırpılmaqdan son anda yayınıb.
Hadisədən sonra motosikletçi sərnişinə və sürücüyə sakit şəkildə iradını bildirib və yoluna davam edib.
Qeyd edək ki, sərnişinlərin yolun hərəkət hissəsində minməsi və düşməsi yalnız dayanacaq məntəqələrində və ya yol kənarında təhlükəsiz şəraitdə həyata keçirilməlidir. Əks halda bu hal digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Bununla yanaşı, qeyd olunan situasiyada motosiklet sürücüsü də qayda pozub. Qanunvericiliyə əsasən, bir zolaqda yalnız bir nəqliyyat vasitəsi hərəkət edə bilər. Motosiklet ya avtomobildən öndə, ya da arxasında hərəkət etməlidir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 17 Oktyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















