Icma.az
close
up
RU
Yumurtada iki sarı olması nə deməkdir? Xalq inancları və elmi izah

Yumurtada iki sarı olması nə deməkdir? Xalq inancları və elmi izah

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yumurtanı sındırarkən içindən iki sarının çıxması nadir rast gəlinən haldır və bir çox insan üçün təəccüb doğurur. Xalq inanclarında bu hadisə uzun illərdir uğur və bərəkətin əlaməti hesab olunur. Alimlər isə bunun tamamilə bioloji səbəblərlə bağlı olduğunu bildirirlər.

Lent.az xəbər verir ki, qədim inanclarda yumurta yeni həyatın, bolluğun və firavanlığın rəmzi sayılıb. Buna görə də bir yumurtada iki sarının olması müsbət enerjinin ikiqat artması kimi yozulub. İnanclara görə, subay qız yumurtada iki sarı görərsə, bu, yaxın zamanda həyatını dəyişəcək bir insanla tanış olacağına işarə hesab edilir.

Deyilənə görə, həmin münasibətin evliliklə nəticələnəcəyi ehtimalı yüksək olur. Evli qadın üçün isə bu hadisə ailəyə yeni üzvün gələcəyi ilə əlaqələndirilir.

Xalq arasında bunun yaxın zamanda hamiləlik və hətta əkiz uşaqların dünyaya gəlməsi ilə bağlı əlamət olduğu düşünülür. Bəzi inanclarda isə iki sarı ailədə mehribanlığın artacağına, mübahisələrin sona çatacağına və evə sevinc gələcəyinə yozulur.

Maddi uğurun əlaməti sayılır

Xalq arasında yayılmış başqa bir inanca görə, iki sarılı yumurta maddi qazancın xəbərçisidir. Belə hesab edilir ki, bu hadisədən sonra gözlənilməz pul gəliri, mükafat, köhnə borcun qaytarılması və ya sərfəli iş təklifi almaq mümkündür. Bəzi Avropa ölkələrinin qədim inanclarında isə iki sarılı yumurtanı tapan şəxsin onu özü yeməsi tövsiyə olunur. Hesab edilir ki, onu başqası ilə bölüşmək uğurun da bölüşdürülməsi deməkdir. Bununla belə, bu, yalnız xalq inancıdır və elmi əsası yoxdur.

Elm bu hadisəni necə izah edir?

Bioloqlar bildirirlər ki, bir yumurtada iki sarının olması tamamilə təbii fizioloji proseslə bağlıdır. Bu hal daha çox cavan toyuqlarda müşahidə edilir. Onların reproduktiv sistemi tam formalaşmadığı üçün bəzən eyni vaxtda iki yumurta hüceyrəsi yetişir.

Hər iki hüceyrə birlikdə yumurta yolundan keçərək eyni ağın və qabığın içində formalaşır. Daha nadir hallarda isə bu hadisə reproduktiv dövrünün sonuna yaxınlaşan yaşlı toyuqlarda hormonal dəyişikliklər səbəbindən baş verə bilər. Mütəxəssislər bildirirlər ki, quşçuluq təsərrüfatlarında işıq rejiminin dəyişdirilməsi və bəzi qidalanma xüsusiyyətləri də iki sarılı yumurtaların yaranma ehtimalını artıra bilər.

İki sarılı yumurtanı yemək olarmı?

Mütəxəssislərin sözlərinə görə, yumurta təzədirsə və xarab olma əlamətləri yoxdursa, iki sarılı olması onun yeyilməsinə mane olmur. Bu cür yumurtalar sağlamlıq üçün təhlükəli hesab edilmir və adi yumurtalar kimi istifadə oluna bilər.

Xalq arasında onlarla bağlı müxtəlif inanclar mövcud olsa da, elmi baxımdan bu hadisə sadəcə nadir rast gəlinən bioloji xüsusiyyətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri