Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Yumurtadan yun qırxmaq deyirlər buna: “Tələbat artıb” deyib, bilet qiymətlərini kəllə çarxa çıxarıblar

Yumurtadan yun qırxmaq deyirlər buna: “Tələbat artıb” deyib, bilet qiymətlərini kəllə çarxa çıxarıblar

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dəmir Yolları bayram günlərində “qaz vurub, qazan doldurur”


Azərbaycan Dəmir Yolları bayram günlərində “qaz vurub qazan doldurur”. “Tələbat artıb” deyib bilet qiymətlərini kəllə-çarxa çıxarıblar. Tələbat artırsa və ADY də tutalım, reyslərin sayını artırırsa və o reyslərə də biletlər hamısı satılırsa, deməli, qazanc əldə edirlər. Etsinlər. Amma insaf da dinin yarısıdır. Bakı-Ağstafa və geriyə- Ağstafa-Bakı “sürət qatarı”na biletlərin qiyməti qalxıb. Ötən il 16 manata satılan biletlər hazırda 18 manat 40 qəpikdir. Sırf bayram günlərində isə qiymətlər 20-24 manat aralığındadı. SV biletinin qiyməti isə 146 manat 40 qəpikdir! Martın sonlarında insanların tətildən paytaxta qayıtmaq istəyini də “nəzərə alan” ADY həmin günlər üçün biletin qiymətini 18 manat edir. Hələ  bu harasıdır?!  ADY daha çox gəlir əldə etmək üçün, bilet qiymətlərinə oturacaqların vəziyyətinə görə də “dəyişkən tarif” tətbiq edir. Məsələn, qatarın hərəkət istiqamətində əyləşmək istəyən sərnişinlər üçün biletin qiymətinin üzərinə 5 faiz əlavə edilir. Yəni 18 manatlıq bilet 20 manata almalı olursan. Hərəkətin əks istiqamətində olan oturacaqlara biletin qiymətini isə endirirlər. Deməli, ADY sərnişinləri seçim qarşısında qoyur. Başının ağrımasını, qarşında, səninlə üzbəüz yad birisinin əyləşməsini istəmirsənsə, əlavə ödəniş etməlisən. Bu “yenilik” də son zamanlar tətbiq olunmağa başlayıb. 


Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Bakı-Balakən qatarına fantastik bilet qiymətləri barədə yazıb: 

Bakı-Balakən qatarına yalnız bir tərəfə biletin qiyməti: 

SV  -  96 manat

Kupe - 34 manat

5 il işləməyən Bakı-Balakən qatarının fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər diqqət cəlbedən olmuşdusa, indi təklif olunan qiymətlər də bir o qədər ağlasığmazdır! Görünür, ADY-də vəziyyət gərgindir. Adi vaxtlarda arada bu qatarın doluluq vəziyyətinə göz gəzdirirdim. Adətən 50 faizdən aşağı olurdu. Güman ki, əvvəlki dövrlərə nisbətən 4 dəfədən çox bahalaşan qiymətlər sərnişinlərə sərf eləmir. İndi də görünür ki, hökumətdən subsidiya ala bilməyən ADY adi günlərdəki boş gedişlərin əvəzini bayram günlərinə yükləyib. Fikrimcə, bu tip yanaşma sərgiləməkdənsə, hökumətdən subsidiya almaq uğrunda vuruşmaq daha ağlabatan olardı.

Qeyd edək ki, ADY-nin fəaliyyətindən narazı insanlar sosial şəbəkədə tənqidi fikirlərini paylaşıblar. Vətəndaşlar bildirir ki, qatar biletlərinin bahalığı insanları taksi və yol maşınlarına, “xalturşik” mini-avtobuslara minməyə məcbur edir.  

Ruslan Bağırov: Taksi, yol maşınları, marşrut avtobuslar da buna baxıb əllərində bəhanə edib, qiyməti artıracaqlar, bu, həmişə belə olur. Bütün sahələrdə.

Afət Yetimova: Ona görə insanlar da, min bir əziyyətlə, başqa minik vasitələrindən istifadə edirlər. Sevinmişdik amma, 94 m çoxdur, rayon insanı üçün.

Amal Qafarzadə: 24 manatı normal saymaq olar, biznes üçün isə elə də fərqi yoxdur, 96 oldu ya 196…

Emin Hüseynov: - Ondansa , Abu-Dabiyə gedin. 

Türkanə Əsədova: - 4 gün əvvəl Ağstafa-Bakı istiqaməti üzrə bilet aldıq, 2 biletə 326 manat ödədik, adı üstündə “biznes klass” imiş, amma o qədər də standartdan fərqli bir şey də yox idi. 171.20 və 154.90 manat biznes klass, 19.50 manat standart idi. 

Qasım Şaliyev: - Biznes qiymətləri hər yerdə baha olur. Amma adi biletlərin 24 manat olması bahadır sözsüz. Daha əlçatan ola bilər, bəlkə də. 

Həsənli Ruslan: - Həm də köhnə qatarları bərbad şəkildə restovrasiya ediblər. Marağa plaskart aldım Zaqatalaya, 18.20 qəpik, yuxarı yer. Plaskartda 3 nəfər var idi, ümumi vaqonda. Yuxarı yerləşmədim, keçdim aşağı, boş idi. Gecə saat 4-də oyatdılar ki, bəs boş qatarda aşağıda "yolçuluk" üçün əlavə (qəbzlə) 5.7 qəpik ödəməlisən.

Daşqın Paşa: - İctimai nəqliyyatı bərbad hala saldıqları kimi bunu da belə etmələri təəccüb doğurmur.

Sabir M-zadə: Abu-Dabi - Qəbələ aviareysi - 78 manat

Fuad Musayev: - Mən axşam (17 martdan 18 marta keçən gecə) standart+ ilə Balakəndən Bakıya gəldim, vaqonda cəmi 4 nəfər var idi. Amma qiymət 38 azn idi, mənim üçün yaranan sual odur ki, dinamik qiymətlər tətbiq olunur və Bakıdan Balakənə qatarların qiymətində artım müşahidə edilirsə, Balakəndən Bakıya boş gələn qatarın qiymətlərində niyə endirim müşahidə edilmir? Hə, yetimi öldür, amma haqqını ver, deyirlər el arasında, xidmət səviyyəsi, rahatlıq, təmizlik baxımından xeyli artım var, xüsusilə personalın keyfiyyəti yüksək səviyyədə idi. Lakin 5 il fasilədən sonra qiymətlərin iki dəfədən çox artmasına səbəb nədir, hələ də sual olaraq qalır. ADY nümayəndələrinin açıqlamaları isə son dərəcə şablon və bayağı cümlələrdən ibarətdir.

Seymur M. Quliyev: - Romaya gediş-gəliş təyyarə ilə 176 manatdır. Buradan-bura isə 2 qat baha. Qiymətləndirmədə Azərbaycan təcrübəsi. Bu, yeni modeldir.

Nurlan Mustafa: - Adı sürət qatarıdır, özünün sürətdən xəbəri yoxdu. Yumurtadan yun qırxmaq deyirlər buna.

Nəsib Əhmədov: - ADY, Azal və Xəzər Dəniz Gəmiçiliyi marketinq siyasəti zəifdir, NK və Tarif Şurası verdiyi məcburi dəyişməz qərarlarla bazarda monopolist mövqe sərgiləsə də (xidmət etdiyi əhaliyə hərdən bir şanslar yaratmalıdır) sonda hökumətdən subsidiyalar almağa məcbur qalacaq. Düzdür, işçilərinin göstərdiyi xidmət səviyyəsinə söz ola bilməz, baxmayaraq ki, işçi seçimi hansı meyarlar əsasında keçirilir, bilinmir. 

Elman Telmanoğlu: - Bəs nə oldu, təzə vaxtı SV 74 AZN idi, nə tez qaldırdılar. "Wizz AİR" Avropaya 50 dollara uçur, Gürcüstandan amma ADY Bakıdan Balakənə fantastik qiymət təyin edir. Bunu Tarif Şurası qaldırır, ya ADY öz aləmindədir?

Anar Safar: - Abu-Dabidən Qəbələyə 78 manat! 

Sübhan Padarsoy: - Biabırçılıqdır, heç bir mənası yoxdur, belə qiymətlərlə bu qatarın, yenə taksilər, “Vito”lar, ya da avtobus.

Yaqub Əliyev: - 14 manata avtobusla gedərik də, nə zülmdür axı...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Mart 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see198

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see192

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see177

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see156

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri