Icma.az
close
up
RU
Yusif İmanovun əlindən buraxdığı top qapı xəttini keçmişdi! əksini iddia edən varmı?

Yusif İmanovun əlindən buraxdığı top qapı xəttini keçmişdi! əksini iddia edən varmı?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Karvan-Yevlax” – “Kəpəz” oyununun 84-cü dəqiqəsində cəlbedici hadisə baş verdi.

Meydan sahiblərindən Samuel Durrant sağ cinahdan, künc bayrağının yaxınlığından topu qapı önünə havalandırdı. Zahirən adi epizod idi, heç bir ciddi təhlükədən söhbət gedə bilməzdi. Amma gəncəlilərin qapıçısı, gözünə döndüyüm Yusif İmanov topu inanılmaz şəkildə əlindən buraxdı. “Kəpəz”in penaltidən vurduğu ikinci qolun müəllifi Rauf Hüseynli topu qapıdan çıxarsa da, məyus, qapıçısından və komanda yoldaşlarından narazı şəkildə iki əlini havaya qaldırır, sonra yanına çırpır.
Bax, mən iddia edirəm və məşhərə qədər də sözümün üstündə durmağa hazıram ki, həmin epizodda top qapı xəttini tam keçmişdi. Təkcə elə Raufun ekranda əksini tapan reaksiyası kifayətdi: baxış, hiss-həyəcan, duyğu yalan danışmır! Rauf demək istəyirdi ki, mən komandamı irəli çıxardım, amma görün siz nə etdiz!
Əksi sübut olunmayan istənilən iddia doğrudu! Mənim iddiamın yalan olduğunu göstərmək üçün ortaya maddi sübut qoyulmalıdı. Baxın, yayınçı şirkət, yəni “CBC Sport” həmin epizodun təkrarını üç dəfə göstərir, heç birində də topun qapı xəttini keçib-keçmədiyi görünmür, hətta bunu aparıcı Gündüz Abbaszadə də etiraf edir. Belədə Rauf Cabbarov hansı mülahizəyə və dəlilə əsasən həmin qolu ləğv etdi? Ekranda “qol yoxlanılır” yazılır, ancaq nə xətt var, nə də dəqiq təsvir. Videotəkrarda Rauf Hüseynli və top kiçik nöqtələri xatırladır.
Mən ölüm, belə təsvir, belə qol yoxlaması, belə VAR olar? Biz kimi aldadırıq və ya aldatmaq istəyirik? VAR-ın əlində-ayağında, qulağında-gözündə hansısa dəqiq təsvir varsa, göstərsinlər, biz də baxaq, feyziyab olaq. İndiki halda isə mən tam əmin şəkildə “Karvan-Yevlax”ın və 4 min yevlaxlı azarkeşin haqqının yeyildiyini iddia edirəm. Əksi sübut olunmayan istənilən iddia doğrudu!
HUŞƏNG

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Noyabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri