Icma.az
close
up
RU
Yuxu keyfiyyətini artırmaq üçün yataq otağında bu rəngdən uzaq durun

Yuxu keyfiyyətini artırmaq üçün yataq otağında bu rəngdən uzaq durun

Icma.az, Milli.az saytına istinadən bildirir.

Yuxu keyfiyyətini yaxşılaşdırmaq istəyirsinizsə, dəyişiklik etməyə otağınızın tavanından başlaya bilərsiniz. İnteryer dizayn mütəxəssisləri bildirirlər ki, uzun illər yataq otaqlarında standart olaraq seçilən ağ tavan əslində rahat yuxuya mane olur.

Milli.Az xəbər verir ki, Britaniyalı interyer dizayneri Benji Lewis Daily Mail qəzetinə açıqlamasında tavan rənginin otağın ab-havasına ciddi təsir göstərdiyini vurğulayıb və daha yaxşı yuxu üçün ağ rəngdən uzaq durmağı tövsiyə edib.

Lewis-ə görə, ağ rəng işığı çox güclü şəkildə əks etdirir və bu beynin istirahət rejiminə keçməsini çətinləşdirir. Küçə lampalarının və ya telefon ekranının işığı otaqda daha parlaq görünür, nəticədə yuxuya getmək çətinləşir və insan özünü kifayət qədər dincəlmiş hiss etmir.

Bundan başqa, dizayner qeyd edir ki, saf ağ rəng evdə soyuq və "xəstəxana" effekti yarada bilər.

Daily Mail-in məlumatına görə, ağ tavan əvəzinə mavi və yaşılın yumşaq tonları yataq otağında daha sakitləşdirici təsir göstərir.

Açıq mavi təbiət hissi yaratdığı üçün rahatlıq və təhlükəsizlik duyğusu verir. Boz-yaşıl tonlar isə gözləri yormadan sakitlik və tarazlıq hissi yaradır.

Qəhvəyi tonları da sakitləşdirici təsirə malikdir, lakin dizaynerlər bu rəngi tavandan çox divarlarda istifadə etməyi məsləhət görürlər.

Lewis bildirir ki, tam ağ rəngdən imtina etməyənlər daha yumşaq alternativlərdən istifadə edə bilərlər. Məsələn:

• açıq bej-boz tonuna yaxın Drop Cloth
• isti və yumşaq açıq tonlu Slaked Lime

Bu rənglər həm otaqda işıqlığı qoruyur, həm də daha sakit və rahat mühit yaradır.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Noyabr 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri