Icma.az
close
up
RU
Yüzlərlə insan qızıl mədənində yerin altında qaldı

Yüzlərlə insan qızıl mədənində yerin altında qaldı

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Cənubi Afrika Respublikasının Yohannesburq yaxınlığındakı Kloof qızıl mədənində baş vermiş qəza nəticəsində 300-ə yaxın işçi yerin altında qalıb. Mədən operatoru onların yerinin məlum olduğuni və hamısının cümə günü günorta saatlarında səthə çıxarılacağının gözlənildiyini bildirib.

Sfera.az bildirir ki, Sibanye-Stillwater tərəfindən idarə olunan Kloof qızıl mədəninin 7-ci şaxtasında baş verən insidentdən sonra 289 işçi yerin altında qalıb. Şirkət nümayəndələrinin sözlərinə görə, bütün mədənçilər sağdır, təhlükəsizdirlər və tezliklə təxliyə ediləcəklər.

“Sibanye-Stillwater”ın məlumatına görə, insident mayın 22-də cümə axşamı axşam saatlarında baş verib. Filiz qaldırılarkən qəflətən mədən liftinin qapısı açılıb və yerə düşən tullantılar avadanlıqları zədələyib, işçilərin dərhal səthə çıxması mümkün olmayıb.

"İşçilərin harada olduğunu bilirik və onları ehtiyac duyduqları hər şeylə təmin edirik. Onlar hazırda stansiyada qalırlar və şərait təhlükəsiz olan kimi biz onları qaldırmağa başlayacağıq", - şirkətdən bildiriblər. Əməliyyatın cümə günü günortaya qədər başa çatdırılması gözlənilir. 

Qeyd edək ki, Kloof mədəni Yohannesburqdan 60 kilometr qərbdə yerləşir və ölkənin ən qədim və ən dərinlərindən biri hesab olunur. Təxminən 8900 nəfər çalışır. Mədənin dördüncü şaxtası iqtisadi səbəblərdən 2023-cü ildə bağlanıb.

Milli Mədən İşçiləri Birliyi hadisənin yerli vaxtla axşam saat 10 radələrində baş verdiyini təsdiqləyib. Xilasetmə əməliyyatı yerində olan Monreal Milli Universitetinin İş Sağlamlığı və Təhlükəsizliyi üzrə Milli Komitəsinin sədri Duncan Luvuno açıqlamasında: 

"Xilasetmə prosesi davam edir. Biz oradakı işçilərə yemək çatdırmağa çalışırıq. Onlar təcili çıxışdan istifadə edə bilmirlər. İşıqlar sönüb”-deyə bildirib.

Qanunsuz qızıl mədənində faciə

Xatırladaq ki, bu hadisə Cənubi Afrikada qeyri-qanuni qızıl hasilatı ilə bağlı davam edən problemlər fonunda baş verir. Bu ilin yanvar ayında tərk edilmiş Buffelsfontein mədənində ən azı 87 mədənçi həlak olub. Daha yüzlərlə insan təxliyə edilib, onlarla insan həbs edilib. Polis mədəndə 2000-ə qədər adamın zəbt edildiyini, onların çoxunun qanuni əsas olmadan Mozambik, Zimbabve və Lesotodan gəldiyini bildirib.

Cənubi Afrika hökuməti zama zamas (qanunsuz mədənçilər) adlanan şəxslərin cinayətkar dəstələrlə sıx əlaqədə olduqlarını, silahlı olduqlarını və hər il ölkə iqtisadiyyatına bir milyard dollardan çox ziyan vurduğunu bildirir.

Polis mədəndən qızıl, silah, partlayıcı maddələr və 2 milyon dollardan çox pul götürüb. Hakimiyyət insan haqları qruplarının tənqidlərinə baxmayaraq, qeyri-qanuni mədənçıxarma ilə mübarizədə sərt yanaşmalarını müdafiə etməyə davam edir.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 May 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri