Icma.az
close
up
RU
Zakir Həsənov Qazaxıstana başsağlığı verib

Zakir Həsənov Qazaxıstana başsağlığı verib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb.
Demokrat.az xəbər verir ki, başsağlığında deyilir:
"Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm".
Bizim WhatsApp kanalımıza abunə o
seeBaxış sayı:20
embedMənbə:https://demokrat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri