Icma.az
close
up
RU
Zaman keçdikcə dəyər qazanan səfər... Tarixi Karaköyün İstanbul mənzərəsində keçmişə qayıdış Video

Zaman keçdikcə dəyər qazanan səfər... Tarixi Karaköyün İstanbul mənzərəsində keçmişə qayıdış Video

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

"Zaman keçdikcə bəzi şeylər azalmır, əksinə dəyər qazanır". Zaman keçdikcə dəyər qazanan bu ifadə, Türk ədəbiyyatında klassik və modern üslubları birləşdirən yazıçı Ahmet Hamdi Tanpınara məxsusdur. "Zamansızlığın ustası"ndan öyrəndiklərimlə yola çıxdım və bu yazını tam "zamanında" yazmağa çalışdım...

Zamanın və insan ruhunun dəyişimini dərindən araşdıran yanaşması ilə ilham verən Ahmet Hamdi Tanpınarın "Beş şəhər" əsərindəki beş şəhərdən biri olan İstanbulda mənim də xatirələrim var. Avqust ayının əvvəlində "Seranit" şirkətinin təşkilatçılığı ilə səfər etdim İstanbula. Keçmişlə gələcəyin səssiz mübarizə apardığı bu şəhərə yenidən addım atmaq, zamanın təbiətinin əsrarəngizliyinə şahid olmaq mənim üçün yeni təcrübə mənbəyi oldu.

Ayın əvvəlində gördüyümü ayın sonunda göstərmək xüsusi bir məna daşıyır, təbii ki. Alim, yazıçı, ixtiraçı və diplomat Benjamin Franklinin:"Bir işi görmək məsuliyyətindəsənsə, onu ən yaxşı şəkildə yerinə yetirməlisən" düşüncəsinin izi ilə getdim, demək olar.  İstanbul səfərimi mükəmməl olması prinsipi ilə yazmıram, "mükəlləf" olması üçün çalışıram.

Bəs nədir, mükəlləf?

Ərəbcə anlamı əvəzinə Türkçə anlamını qeyd edəcəyəm: "Əskiksiz və xüsusi diqqətlə hazırlanmış".

"Seranit" şirkətinin təşkilatçılığı ilə səfər proqramı da "mükəlləf" idi. Əskiksiz və xüsusi diqqətlə hazırlanmışdı. Səfərin ilk ziyafəti də elə "Mükellef Karaköy" adlı restoranda səhər yeməyi oldu. Zamana meydan oxuyan tarixi Karaköydə yerləşən hündür binalardan birinin ən sonuncu mərtəbəsindəki bu zərif məkanın hər tərəfi İstanbul mənzərəsi ilə çevrili idi. Bir tərəfindən Qalata qülləsi, bir tərəfindən Eminönü görünən "Mükellef Karaköy"ün səhər yeməyi Türkiyə mətbəxinin zərafət və ləzzətini özündə əks etdirirdi. Təsadüfi deyil ki, İstanbul boğazının mənzərəsini seyr imkanı yaradan məkanın qurucusu və sahibi Türkiyə qastronomiyasının ən dəyərli ustalarından Arda Türkmendir. Məşhur şef Arda Türkmenin restoranında ləzzətli ədviyyatla və eksklüziv toxunuşlarla hazırlanmış səhər yeməyi mənim üçün anlamlı bir xatirə kimi qaldı...

Əslində, Arda Türkmen ilə bağlı xatirəm bu səhər yeməyi ilə kifayətlənmir. Elə onun qurduğu və idarə etdiyi restoranda səfər təşkilatçıları ilə bölüşdüyüm düşüncələrimi bu yazıda da qeyd etmək istəyirəm. Bunun üçün 5 il əvvələ, yəni dünyanı öz təsir dairəsinə alan pandemiyanın başladığı 2020-ci ilə qısa bir səyahət edəcəyik. Həmin il sağlamlığın qorunması və təhlükəsizlik üçün alınan tədbirlər çərçivəsində real həyatdan uzaqlaşıb, virtual həyata keçid dönəmi idi. Təhsil və iş həyatının onlayn formata keçdiyi o günlərdə evdə qidalanmağa üstünlük vermək artıq bir öhdəliyə çevrilmişdi. Türkiyədən Azərbaycana yenicə qayıtmış və qida seçimimdə Türkiyə mətbəxinə üstünlük verən biri olaraq, bu zəngin mətbəxin yeməklərini özüm hazırlamağa qərar vermişdim. Bu ərəfədə xüsusilə şef Arda Türkmen mənim üçün bir rəhbər rolunu oynayırdı. Türkiyə mətbəxindən bildiyim və bilmədiyim bir çox yeməyi onun öz YouTube kanalında göstərdiyi tərkib və üslubla hazırlayırdım. "Menemen"dən "musakka"ya, "şakşuka"dan "barbunya pilaki"yə, "zeytinyağlı biber dolması"ndan "hünkarbeğendi"yə, "makarna salata"sından "havuçlu tarator"a, "İzmir köfte"dən "Alinazik"ə, "tahinli piyaz"dan "kabak mücver"ə və hazırda adını qeyd etmədiyim neçə yemək, neçə salat və həmçinin şirniyyatlara qədər hamısını Arda Türkmendən öyrəndim. Öyrənməklə qalmadım, bu ləzzətli yeməkləri hazırladım və damaq dadımın zənginləşdirdim. Türkiyənin zəngin mətbəxinin ləziz təamları məni qastronomiya istiqamətində təhsil almağa da həvəsləndirmişdi. Sadəcə, öz sahəmi dəyişmədim və mətbəx ustalarının sırasına daxil olmadan onların hazırladığı yeməkləri şəxsən dadmaqla tanıtmağı seçdim. Bugün də əslində bu düşüncəmi reallaşdırıram.

Yenidən qayıdaq, şef Arda Türkmenin qurduğu "Mükellef Karaköy" restoranına. Bu restoran, sadəcə qidaları ilə deyil, divarında asılan Mustafa Kamal Atatürk portreti ilə diqqətimi çəkdi. Milli-mənəvi dəyərlərə hörmət edilən bu məkan və onun sahibi necə dəyərli, necə hörmətə layiqdir...

Məkanın pəncərəsindən görünən Bahçeşehir Universitetində magistr təhsili aldığım zamanlar Karaköyü qarış-qarış gəzmişdim. Harada "balık-ekmek" yemək olar, hansı küçəsində çeşid-çeşid şorba içmək olar, hansı döngəsində Ege bölgəsinin mətbəxi ilə tanış olmaq olar - çox yaxşı bilirəm. Karaköy küçələrində Türkiyənin müxtəlif bölgələrinə məxsus ləzzəti, müxtəlif ölkələrə məxsus musiqilərin həzzini dadmaq olar. Dənizin sahilinə addımlamaq üçün çox qısa məsafə var. Karaköyün İstanbul mənzərəsi tarixlə bugünün necə qucaqlaşdığını göstərən bir rəhbərdir.

Qədim Roma imperatoru Mark Avreli: "Bir işin davamı,onun başladığı yerə bağlıdır" deyirdi. Bu səfərin davamı başladığı yerə "mükəlləf"ə bağlıdır. Ahmet Hamdi Tanpınarın İstanbulundan başlayan bu səfər harada bitəcək?! Cavabı növbəti yazılarda...

Orxan, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri