Icma.az
close
up
RU
“Zəfər Muzeyi tarixi qələbəmizin təcəssümü, xalqımızın qəhrəmanlıq simvolu olacaq”

“Zəfər Muzeyi tarixi qələbəmizin təcəssümü, xalqımızın qəhrəmanlıq simvolu olacaq”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli Zəfər Muzeyi üçün 10 minə yaxın eksponat toplandığını və prosesin davam etdiyini bildirib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbad Hüseynov Zəfər Muzeyinin qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi və təbliği baxımından mühüm önəm kəsb edəcəyini bildirib:

“2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, Azərbaycan Silahlı Qüvvələri  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi bir zəfərə imza atdı. Erməni faşizmi darmadağın edildi və əsarət altındakı  torpaqlarımız uzunmüddətli işğaldan azad oldu. Lakin bu qələbə Azərbaycan üçün itkisiz başa gəlmədi. Xalqımızın üç minə qədər qəhrəman oğlu bu mübarizədə şəhid oldu və öz adını tarixə qızıl hərflərlə yazdırdı.

Yalnız hərbçilər deyil, mülki vətəndaşlarımız arasında da həlak olanlar, yaralılananlar oldu. Bütün çətinliklərə, itki və məhrumiyyətlərə rəğmən Azərbaycan çox qısa bir zamanda – cəmi 44 gün içində böyük güclərin himayə etdiyi məkirli düşmən üzərində qəti qələbəni təmin etdi.

Bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri Prezidentimizin ətrafında sıx birləşməkdə davam etmək, əldə edilən qələbənin nəticələrini qoruyub saxlamaq, şəhid və qazilərimizi, onların qəhrəmanlığını təbliğ etməkdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncamı son dərəcə əhəmiyyətlidir.

Artıq Zəfər Muzeyi üçün 10 minə yaxın eksponat toplanılıb ki, bu da olduqca böyük rəqəmdir. Prosesin davam etdiyini nəzərə alsaq, yaxın zamanda bu rəqəmin daha da artacağı şübhəsizdir.

İnanıram ki, Zəfər Muzeyi böyük qələbəmizin təcəssümü kimi hər zaman Vətənimizin cəsur müdafiəçilərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların carçısı olacaq, yeniyetmə və gənclərimizin qəhrəmanlarımız haqqında daha dolğun məlumat almasında mühüm rol oynayacaq. Bu muzeyi ziyarət edən hər kəs şəhidlərimizi ehtiramla anacaq, onların göstərdiyi qəhrəmanlıqların böyüklüyünü bütün qəlbi və ruhu ilə hiss edəcək.

Mən eksponatların toplanmasında əməyi keçən hər kəsə təşəkkür edir, onlara fəaliyətlərində uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri