Zəfərin siyasi strategiyası
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində reallaşan Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı siyasi toplantı çərçivəsini tamamilə aşaraq, suverenliyini tam təmin etmiş qüdrətli Azərbaycanın daxili güc konfiqurasiyasını və strateji yol xəritəsini müəyyən edən müasir tariximizin ən mühüm dönüş nöqtəsinə çevrildi. Qurultaydakı real mənzərə Milli Məclisin deputatı olaraq mənə tamamilə fərqli bir məsuliyyəti xatırlatdı; biz artıq problemi olan bir ölkənin deyil, regionun geosiyasi konturlarını cızan bir gücün siyasi sütunuyuq.
Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandanımız möhtərəm Prezident İlham Əliyevin Qurultaydakı dərin məzmunlu və konseptual çıxışı bütövlükdə dövlətimizin yeni tarixi mərhələ üçün yol xəritəsini cızdı. Dövlətimizin başçısının qətiyyətlə vurğuladığı kimi bəli, həqiqətən də siyasətdə emosiyalara yer yoxdur. Dövlət rəhbərimizin İrəvan və Zəfər tağı ilə bağlı səsləndirdiyi tarixi mesaj əslində Azərbaycanın yürütdüyü praqmatik və rasional siyasətin ən bariz nümunəsidir. Cənab Prezident açık şəkildə bəyan etdi ki, əgər biz strateji soyuqqanlıqla deyil, sadəcə anlıq emosiyalarla hərəkət etsəydik, bu gün üçüncü Zəfər tağını İrəvanın mərkəzində ucaltmışdıq. Bu mesaj həm Ermənistana, həm də onun qlobal havadarlarına ünvanlanmış ciddi bir xəbərdarlıqdır: Azərbaycan öz addımlarını dəqiq hesablayır, gücünü və imkanlarını bilir, heç bir kənar təzyiqə boyun əymədən yalnız öz milli maraqlarının diktə etdiyi coğrafiyada dayanır.
Azərbaycanın qazandığı tarixi zəfərlər hər hansı kənar yardımla deyil, tamamilə dövlətin öz daxili gücü, iqtisadi müstəqilliyi və sarsılmaz rəşadəti sayəsində reallığa çevrilib. Prezident İlham Əliyevin proqram xarakterli çıxışından irəli gələn strateji hədəflər eyni zamanda bizim İdarə Heyətinin üzvü kimi qarşımızda tamamilə yeni vəzifələr qoyur. Hazırda aktiv müharibənin olmamasına və sülh sazişinin addım-addım yaxınlaşmasına baxmayaraq, regional və qlobal təhdidlərə qarşı hərbi qüdrətimiz daim zirvədə saxlanılmalıdır. Digər tərəfdən, artıq biz müasir informasiya mühitinə uyğun, faktlara əsaslanan güclü milli ideoloji iş qurmalıyıq. Bizim tariximiz şanlı və şəffafdır, dövlətin uğurlarını dünyaya çatdırmaq üçün reallıqları düzgün təbliğ etmək kifayətdir.
Yeni Azərbaycan Partiyası yarandığı gündən bəri ölkəmizin keçdiyi bütün çətin sınaqlarda dövlətimizin ən güclü dayanıqlılıq sütunu, milli maraqları təmin edən qələbələr partiyası olmuşdur. Bu gün cənab Sədrin rəhbərliyi ilə ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoyur. Bu yeni epoxa dövlət institutlarının daha da şəffaflaşmasını, çevik idarəetməni və regionda formalaşdırdığımız yeni təhlükəsizlik arxitekturasının qorunmasını tələb edir.
Dövlət başçısının çıxışında xüsusi diqqət yetirdiyi və hər bir fəalın fəaliyyət proqramına çevrilməli olan digər fundamental istiqamət isə birbaşa vətəndaş amili və sosial rifah məsələsidir. Cənab Prezident növbəti dövrdə minimum əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılacağını tam qətiyyətlə bəyan etdi. Bu mesaj sadəcə rəqəmlərin artımı deyil, dövlətin öz vətəndaşına verdiyi ali dəyərin və sosial ədalət prinsipinə sadiqliyinin əvəzsiz göstəricisidir.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun tam iqtisadi-sosial inteqrasiyası və Böyük Qayıdış prosesi fəaliyyətimizin prioritet xəttini təşkil edir. Ölkə ərazisindən keçən tranzit imkanlarının genişləndirilməsi kimi böyük iqtisadi hədəflər qarşımızda dayanır. Bu gün həmçinin qanunverici orqanın təmsilçisi kimi hər birimizin üzərinə düşən vəzifə möhtərəm Prezidentin müəyyən etdiyi güclü dövlət, yenilməz ordu və müstəqil siyasət prinsiplərini qanunvericilik səviyyəsində qorumaq və cəmiyyətdə milli həmrəylik modelini sarsılmaz etməkdir. Xüsusilə vurğulamaq lazımdır ki, bu mühüm proses partiya daxili məsələlərdən daha çox, bütövlükdə dövlət modelinin yeni, daha güclü fazaya keçidinin rəsmiləşdirilməsi idi.
İlham Məmmdov
Milli məclisin deputatı ,YAP idarə heyyətinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 Oktyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















