“Zelenski ilə Zalujnı arasında münasibətlər pisləşib” KİV
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
“Ukrayna Prezidenti Volodimir Zelenski ilə ölkənin Böyük Britaniyadakı səfiri, ordunun sabiq baş komandanı Valeriy Zalujnı arasında münasibətlər, güman ki, pisləşib”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri yazıb.
Nəşr Zalujnının Ukrayna prezidentinin Böyük Britaniyanın yeni müdafiə naziri Ues Stritinq ilə görüşünə dəvət olunmamasını bununla əlaqəli ola biləcəyini qeyd edib.
Bunu şərh edən Zelenskinin müşaviri Dmitri Litvin isə belə görüşlərdə iştirakın “təşəbbüs məsələsi” olduğunu və Zalujnının özünün bu görüşdə iştirak etmək istəmədiyini bildirib. Lakin yerli jurnalistlər ordunun sabiq baş komandanının görüş barədə artıq o başa çatdıqdan sonra xəbər tutduğunu iddia edirlər.
Bundan başqa, Ukraynanın xarici ölkələrdəki səfirlərinin illik müşavirəsi zamanı çəkilmiş ümumi fotoda Zalujnıya son sırada yer ayrılmasının da münasibətlərin soyuqlaşmasından xəbər verdiyi güman edilir.
Qeyd edək ki, iyulun əvvəllərində Ukrayna mətbuatında Valeriy Zalujnının növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyəti barədə Volodimir Zelenskini məlumatlandırdığı barədə xəbər yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 21 Avqust 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















