Zelenski: Trampla məhsuldar görüşümüz oldu və mən buna görə ona minnətdaram
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“BMT Baş Assambleyası çərçivəsində Donald Trampla məhsuldar görüşümüz oldu və mən bu fürsətə görə prezident Trampa minnətdaram”.
APA xəbər verir ki, bunu BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Bu gün Rusiya tərəfindən oğurlanmış uşaqların geri qaytarılmasına böyük diqqət yetirildi. Eləcə də insanların həyatını qorumaq səylərimiz dəstəkləndi. Biz sülhü yaxınlaşdıra biləcək bir neçə perspektivli ideyaları müzakirə etdik və ümid edirəm ki, onlar tez nəticə verəcəklər. Xüsusilə, biz artıq yaxşı işləyən PURL proqramına, eləcə də bu təşəbbüs çərçivəsində potensial layihələrə toxunduq.”, - Zelenski bildirib.
Zelenski həmçinin bildirib ki, Tramp onun Putinin Ukraynada müharibənin bitməsini gözləməyəcəyi fikri ilə razılaşıb.
“Putin Avropada, NATO ölkələrində zəif yerlər tapmağa çalışacaq. Bunu etməyə çalışacaq”, - Zelenski əlavə edib.
Baxış sayı:58
Bu xəbər 24 Sentyabr 2025 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















