Zelenski ümidlidr görüşdən sonra...
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Almaniya kansleri Fridrix Merslə birgə mətbuat konfransında iştirak edib.
Prezident Volodimir Zelenski bildirib ki, Alyaska sammitində Ukraynanın "bir nömrəli" tələbi Rusiyanın atəşkəsə razılıq verməsidir.
Ukrayna və onun Avropadakı müttəfiqləri deyir ki, yalnız atəşkəs mənalı sülh danışıqları üçün əsas yarada bilər. Çərşənbə günü ABŞ Prezidenti Donald Trump və Avropa liderləri arasında keçirilən telefon danışığından sonra, məsələyə bələd olan iki Avropa diplomatı CNN-ə bildiriblər ki, Trump bu gün keçirilən və hazırda davam edən danışıqlarda atəşkəs üçün təzyiq göstərə biləcəyini irəli sürüb.
Əgər Rusiya atəşkəsə razılıq versə, Ukraynanın diqqəti növbəti prioritetinə - növbəti görüşdə masa arxasında yer almağa yönələ bilər. Kiyev ümid edir ki, bu günkü danışıqlar Ukrayna, Rusiya və ABŞ liderləri arasında keçiriləcək üçtərəfli sammitin ön sözünə çevriləcək.
"Ukrayna ilə bağlı hər şey yalnız Ukrayna ilə müzakirə olunmalıdır," Zelenski çərşənbə günü Trump-la telefon danışığından sonra deyib. "Danışıqlar üçün üçtərəfli format hazırlamalıyıq."
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 Avqust 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















