Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Zəlimxan Yaqubun şeirləri haqqında tam fərqli yazılar yazılmalıdır Cavanşir Yusifli

Zəlimxan Yaqubun şeirləri haqqında tam fərqli yazılar yazılmalıdır Cavanşir Yusifli

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Cavanşir Yusiflinin "Fraqmentlər" yazısını təqdim edir.

Adonis ərəb poeziyasının tarixi haqqında yazısında qeyd edirdi ki, "Ərəb ənənəsində ədəbiyyat ritorik dil sistemidir: nitqin ritorika toxumasına uyğunlaşdırılmasıdır. Buna görə də deyirik ki, ərəb poeziyası bir qayda olaraq şairə artıq keçmişdə dəfələrlə edilən işarəni göndərir. Əvvəllər şeirin mənası onun tələffüzündə aşkarlanırdı. "Tələffüz"lə "məna" arasındakı əlaqə isə qarşılıqlı deyil, tamamlayıcıdır: tələffüz mənanı içinə alır və beləliklə, ona aydınlıq verir. Bu səbəbdən məna yox, tələffüz, şeirin səslənməsi əsas idi. Qədim ərəblər köçəri olublar, səhrada yaşayıblar, yazı bilməyiblər. Orta əsərlərin ərəbi onu günah bilirdi..."

Bizim təcrübədə də zəif də olsa, belə bir fakt mövcuddur. Mənanı tələffüzlə çatdıran, onu ağac çətiri kimi örtüb tamamlayan şeirlər var. Mətni oxuyursan, üstündən zaman keçir, bir təsadüfdə onu elə şairin öz dilindən dinləməli olursan. Oxuduğunla dinlədiyin parça arasında bəzən yerlə göy qədər fərqi hiss edirsən. Oxuduqda adi mətndir, dinlədikdə tam başqa, tam fərqli. Bu səbəbdən bizdə qafiyəli sərbəst şeirlər daha çox sevilir və yazılır. Ona görə də Ələkbər Salahzadə şeiri ilə Zəlimxan Yaqubun şeirləri haqqında tam fərqli yazılar yazılmalıdır. Zəlimxan Yaqubun şeirlərinə xas olan əsas xassə intuisiya və improvizasiyadır. Bu iki xassə şeirdən-şeirə adlayır və zamanla yeni cəhətlər əldə edir. Buna görə onun qoşmalarını ard-arda düzüb bir mətn kimi oxusaq, həmin intuisiyanın dərinlik ölçüsü haqqında da fikir söyləyə bilərik. Ələkbər Salahzadənin mətnlərindən bəhs edərkən, milli poeziyanın təcrübəsi tam şəkildə öyrənilməlidir ki, bu "kənaraçıxma" lazımınca görünə bilsin. Səs-söz təkrarları, alliterasiya onun sərbəst şeirlərinə ayrıca bir rəng, önəmli kolorit qatır. Ələkbərin hər bir şeiri böyük bir rəsmin fraqmentləridirmi? Bunu qismən təsdiqləmək olar. Qəribə görünsə də, bu şeirlərdə aşıq ifasının (saz-söz) bəlirtiləri də var. Səs elə bir rəngdə, elə bir aurada meydana çıxır ki, sən bunları yığcam bir palitra kimi təsəvvür edə bilərsən. Bəzən aşığın səsi elə bir tembrdə çıxır ki, səs sanki simlərin bir-birinə dəyməsindən, sehrli şəkildə toxunmasından hasil olur. Yəni, əslində oxuyan simlərdir, aşıq yox.

Zəlimxan Yaqubda bir şeir bütöv təsiri bağıslasa da, əslində fraqmentdir, Ələkbər Salahzadədə, fraqment effekti versə də, əslində bütövdür.

Bədii əsər mətnində izah və təhlil üçün məkan sonsuz dərəcədə böyükdür, onu müəllifin nəzərdə tutduğu və tutmadığı cizgilərlə birlikdə analiz edə bilərik. Əli Kərimin "Atamın xatirəsi" şeiri haqqında çox yazılar yazılıb, bir qismi eyni intonasiyaya, sadəcə, semantik çalarlı olsa da, az qismi əsasən struktur təhlil nümunəsi sayıla bilər. Fəxri Uğurlunun bu şeir haqqında yazısı daha çox mifoloji təsəvvürə dayanır və şeirin əsas mətləb və ideyasının dolğunluğunu göstərir. O cümlədən, Səməd Vurğunun "Mən tələsmirəm" şeiri.

Ədəbi tənqid mətnlə münasibətdə necə olmalıdır? Şübhəsiz ki, semantik təhlillə bədii mətnin mənalarını açmaq, onun ifadə etdiklərini tamamlamaq mümkün deyildir. Yuxarıda vurğuladığımız kimi, bədii mətni istənilən mövqedən görə bilmək, ona nüfuz edə bilmək üçün bütün məlum yanaşma və təhlil metodlarından istifadə olunmalıdır. Bəzən tənqid yazısı belə olur: hansısa nəsr əsəri təhlil olunur, Aristotrel və Platondan üzü bəri mütəfəkkirlərdən sitatlar gətirilir, mətn isə ənənəvi yolla "təhlil edilir". İndiki dövrün bədii mətnlərini ənənəvi metodlarla izah və şərh etmək mümkün deyildir. Təhlilin necəliyi haqqında bədii mətnin özündə müəyyən işarələr mövcuddur; tənqidçinin güclü emosiyası, soyuqqanlılıqdan vaz keçərək bədii mətnə yanaşması onun toxumalarını görünməz edir. Yenə Adonisin sözüylə desək, ədəbiyyat hər şeydən qabaq görmədir. Tənqid bədii əsəri bu nöqtəyə istinadən təhlil və təqdim etməlidir. Bədii mətn nəyi görür, gördükləri haqqında nələr deyir? Və... tənqid təkcə bədii mətnin "gördükləri"ni şərh etmir, onları qiymətləndirir, öz təcrübəsindən çıxış edir, iki şey arasında - iki görmə arasında paralel və çarpaz xətlər çəkilir və yalnız bu zaman bədii əsər haqqında yetərli söz demək mümkündür. Elə bu səbəbdən tənqidçi ideya adamı olmalıdır: hər bir məqalədə, hər bir təhlil nümunəsində bədii mətnlə əlaqəli olan və olmayan ideya irəli sürülməlidir, çünki ortada mükəmməl görmə aparatlı olan bədii mətn var, onu təsdiqləməyə və kökündən inkar etməyə şans yaranıb, əgər tənqidçi yalnız müəllifin görmə bucağı ilə kifayətlənəcəksə bu, sözsüz ki, bədii mətnin ifadə etdiyi mənaların dairəsini maksimum daraldacaqdır. Bunun üçün yuxarıda sadaladığımız iki nəsnənin təkcə toplanması yox, vurulması və bölünməsi də lazımdır. Bu sxem təhlillərdə o qədər sadə şəkildə aparılmalıdır ki, tənqidçinin adının ətrafına bir "filosof" (yaxud mütəfəkkir) sözü artırılmasın. Tənqidçi bu deyilən əməliyyatları yerinə yetirən sadə söz adamıdır, başqa heç nə. Ancaq... Bu zaman mümkün "kənaraçıxmalar" elə olmamalıdır ki, bədii əsərin canlı toxuması, yəni oxucuyla danışan, onu maqnit kimi özünə çəkən toxumaları zədələnsin. Bunun üçünsə bədii mətnin imkan verdiyi, daha çox möhtacı olduğu bütün metodlardan istifadə edilməlidir, ədəbi tənqidi metod kirpiklərini tərpətmədən bədii mətnə baxan gözdür, bu göz bədii mətni bütün şərtilik elementləri ilə qəbul edir, ordan yığa bildiyi bütün fakt və gerçəkləri yalnız özünün münasib bildiyi üsulla təhlil edir, çıxarılan nəticələri bədii mətnin gerçəkliyə yansıyan ehtirasına istinadən şərh edir. Bu mənada, ədəbi tənqidi yazının essedən fərqləri sərhəd xətti kimi görünür. Ədəbi tənqidlə esse arasındakı fərq akademizmlə sərbəstlik, sərbəst şərh arasındakı fərq deyildir, bəzən, vəziyyətin tələb etdiyi situasiyada ədəbi tənqid essenin sığına biləcəyindən daha sərbəst ola bilər. Çünki bir bədii faktı, deyək ki, şeir mətnini, yaxud nəsri təhlil edərkən, sözün dərinliyinə enmək ehtirası bu sərbəstliyin maksimum cizgisini cıza bilir. Hər hansı bədii əsər, yaxud bədii mətni sırf nəzəri möqvedən, yaxud ancaq tarixi poetika baxımından incələmək lüzumu yaranır. Bu metodlar fərqlidir və tənqidçidən geniş erudisiya və nəzəri hazırlıq tələb edir. Tarixi poetika müstəvisində ən müxtəlif dövr və epoxalara məxsus bədii əsərlər müqayisə edilə bilər və bu zaman seçimdə sərbəstlik, yəni ilk baxışdan ağla gəlməyən müqayisələrə yol verilə bilər. Bunun üçün bədii əsər və onun yaratdığı mədəni epoxanın dərinliklərindəki mətləb və mənalardan xəbərdarlıq əsas şərtlərdən biridir.

Tələbə filmlərinin istehsalı davam edir Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb Plastik əməliyyat, ayfon, kredit və əxlaqsızlıq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 May 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see177

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri