Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Çinin nəqliyyat və logistika marşrutlarını şaxələndirmə strategiyası ilə tam uzlaşan layihədi

Zəngəzur dəhlizi Çinin nəqliyyat və logistika marşrutlarını şaxələndirmə strategiyası ilə tam uzlaşan layihədi

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gələcəkdə Zəngəzur dəhlizinin işə salınması rəsmi Pekinin qlobal miqyasda nəqliyyat və logistika marşrutlarını şaxələndirmə strategiyası ilə də tam uzlaşır.

Bu barədə "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Şərqi Asiya regionu üzrə eksperti Vüsal Quliyev danışıb.

Mütəxəssisin sözlərinə görə, Çin uzun illərdir "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində qitələrarası ticarət və tranzit yollarını diversifikasiya etməyə səy göstərir, alternativ ticarət dəhlizlərinin yaranmasına və inkişafına ciddi maraq nümayiş etdirir:

"Bu baxımdan, Zəngəzur dəhlizi Çinə Qərbə doğru əlavə etibarlı çıxış imkanı yaradır. Eyni zamanda bu dəhliz Azərbaycanın da Şərqlə Qərb arasında əsas nəqliyyat və ticarət qovşağı kimi möhkəmlənmək hədəflərinin reallaşmasına da xidmət edir".

V.Quliyev əlavə edib ki, Zəngəzur dəhlizinin Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinə tam inteqrasiyası reallaşacağı təqdirdə, onun Avropa və Asiya bazarları arasında sadəcə bir tranzit yolu deyil, həm də regional iqtisadi inteqrasiyanı gücləndirən mühüm bir qovşaq kimi fəaliyyət göstərmək potensialı artacaq: "Bu isə Azərbaycan başda olmaqla dəhlizin əhatə edəcəyi bütün region üçün yeni iqtisadi fürsətlər və inkişaf perspektivləri vəd edir".

Ekspert Azərbaycan-Çin münasibətləri kontekstində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) da söz açaraq bildirib ki, Orta Dəhliz qitələrarası ticarət və logistika üçün yeni və strateji bir alternativ olaraq təkcə Avropa üçün deyil, eyni zamanda Çin üçün də artan əhəmiyyət kəsb edir:

"Mövcud marşrutlara, xüsusən də dəniz yollarına və ya geosiyasi cəhətdən daha mürəkkəb olan digər quru dəhlizlərinə əlavə olaraq TBNM potensial baxımdan daha qısa və səmərəli bir alternativ quru bağlantısı təklif edir. Son illərdə qlobal əhəmiyyətli yükdaşıma istiqamətlərindən birinə çevrilən TBNM-in əsas funksiyalarından biri Çindən gələn yüklərin Orta Asiya və Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan da Türkiyəyə və nəhayət, Aralıq dənizi limanları və ya İstanbul boğazları üzərindən birbaşa Avropa bazarlarına təhlükəsiz və sürətli nəqlini təmin etməkdir".

Siyasi şərhçi hesab edir ki, bu, təchizat zəncirlərinin optimallaşdırılması və tranzit müddətinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır:

"Bu kontekstdə, 2024-cü ilin iyun ayında Azərbaycanla Çin arasında imzalanmış "Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında" və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Çinin Milli İnkişaf və İslahat Komissiyası arasında "Bir kəmər, bir yol" təşəbbüsünün birgə həyata keçirilməsi üzrə əməkdaşlıq planının formalaşdırılmasının sürətləndirilməsi haqqında" Anlaşma Memorandumları nəqliyyat və logistika sahəsində dövlətlərarası modernizasiya layihələrinin birgə icrası baxımından mühüm irəliləyiş kimi səciyyələndirilə bilər".

V.Quliyev qeyd edib ki, hər iki ölkə nəqliyyat və iqtisadi siyasətlərini uzlaşdırmağa davam etdikcə, bu memorandumların icrasının Azərbaycan və Çin müəssisələri arasında strateji sahələrdə texnologiya transferi və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacağı gözlənilir:

"Çinin təchizat zəncirinin idarə edilməsi və avtomatlaşdırılmış nəqliyyat sistemləri sahəsindəki zəngin təcrübəsini nəzərə alaraq gömrük sistemlərinin rəqəmsallaşdırılması, ağıllı logistika və elektron idarəetmə kimi rəqəmsal həllər vasitəsilə TBNM boyunca ticarətin səmərəliliyinin və şəffaflığının artırılmasını proqnozlaşdırmaq olar. Bakı və Pekin arasında intensivləşən diplomatik və kommersiya əlaqələri fonunda Azərbaycanın yüksək texnologiyalar sənayesi Çinlə əməkdaşlığa daha çox yönəlir. Bu əməkdaşlıq xüsusilə nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması və yeni nəsil mobil internet şəbəkələrinin tətbiqi kimi sahələri əhatə edir".

Onun sözlərinə görə, bu strateji əməkdaşlıqlar, ilk növbədə, regionda investisiya axınının sürətlənməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi və ümumilikdə dayanıqlı iqtisadi inkişaf üçün əlverişli zəmin yaradır:

"Effektiv nəqliyyat dəhlizləri vasitəsilə möhkəmlənən kommersiya əlaqələri region ölkələri üçün yeni bazarlara çıxış imkanları açır və iqtisadi rifahın yüksəlməsinə töhfə verir. Nəticə olaraq əminliklə qeyd etmək olar ki, mürəkkəb beynəlxalq vəziyyətin hökm sürdüyü bir dövrdə iki ölkənin müxtəlif çoxmillətli platformalar çərçivəsində əməkdaşlıqlarını dərinləşdirməsi Avrasiya boyu investisiya və kommersiya əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı, regional sülh və təhlükəsizliyin təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır".

Xatırladaq ki, aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun iştirakı ilə Bakıda "Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfrans keçirilib. Konfransda Çin-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafının stimullaşdırılması məruzəçilərin çıxışlarının əsasını təşkil edib. Bu çərçivədə qitələrarası nəqliyyat kanallarının inkişafı naminə hər iki tərəfin sistematik şəkildə həyata keçirdiyi irimiqyaslı layihələr xüsusi olaraq vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Aprel 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri