“Zəngəzur dəhlizi ilə bağlı Bakının mövqeyi dəyişməyib İrəvan üçtərəfli komissiyanı tərk etməlidir”
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Politoloq Fərhad Məmmədov "AzPolitika.info"ya açıqlamasında Qafqaz üzrə ekspert Olesya Vartanyanın sülh prosesi ilə bağlı son yazısına və orada irəli sürülən fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, Vartanyanın yazısı ciddi elmi və ya institusional əsaslara söykənmir və müəllif sadəcə şəxsi baxışlarını ifadə edir: “Olesya Vartanyan nə Carnegie Fondunun eksperti, nə də elmi dərəcəyə sahib şəxsdir. O, sadəcə müşahidələrini şərh edən bir fiqurdur.”
Məmmədov bildirib ki, ABŞ müxtəlif dövrlərdə Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsləri ilə çıxış etsə də, regionda kommunikasiyaların açılması və normallaşma prosesi birbaşa Bakı və İrəvan arasında aparılmalıdır. Bu çərçivədə Rusiya da Azərbaycan–Rusiya–Ermənistan üçtərəfli hökumətlərarası komissiyası vasitəsilə prosesdə iştirak edir.
“Əgər İrəvan yeni təkliflər irəli sürmək niyyətindədirsə, əvvəlcə üçtərəfli komissiyadan çıxmalıdır. Eyni zamanda həm üçtərəfli, həm də ikitərəfli formatlar təklif etmək məntiqsizdir,” – deyə o vurğulayıb.
Politoloqun sözlərinə görə, Azərbaycan üçün əsas məsələ Naxçıvanla maneəsiz və təhlükəsiz əlaqənin təmin olunmasıdır. Bakı bu məsələdə konkret və əvvəlcədən bəlli mövqeyə sahibdir – təhlükəsizlik beynəlxalq səviyyədə təmin edilməlidir.
“2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya nəzarət etməli idi. Bu, Ermənistanın baş naziri tərəfindən də qəbul olunmuşdu. Lakin həmin vaxtdan bəri Ermənistan bu razılaşmalardan yayınır və artıq 1,5 ildir ki, komissiyanın iclaslarında iştirak etmir.” - deyə, o, bildirib.
Fərhad Məmmədov əlavə edib ki, hazırda sülh danışıqları Bakı ilə İrəvan arasında birbaşa aparılır və bu format hər iki tərəfi qane edir: “Bu gün danışıqlar faktiki olaraq ikitərəfli əsasda davam edir. Həm Azərbaycan, həm də Ermənistan bu formata razıdır və dəyişmək niyyətində deyillər.”
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 İyul 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















