Zəngəzur dəhlizinin açılması bütün region üçün dönüş nöqtəsi olacaq
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zəngəzur dəhlizinin açılması Türkiyə və bütün region üçün strateji dönüş nöqtəsi olacaq. Bu marşrutun açılması təkcə nəqliyyat və ticarətə deyil, həm də iqtisadi əməkdaşlığın bütün spektrinə güclü təkan verəcək, enerji təchizatını stimullaşdıracaq və regional sabitliyə töhfə olacaq. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə türkiyəli ekspert Fatma Demirçioğlu Parların yanvarın 5-də “Yeni Şafak” qəzetində dərc olunmuş məqaləsində deyilir.
Ekspert qeyd edir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən sonra Zəngəzur dəhlizi məsələsi beynəlxalq gündəmdə strateji cəhətdən əhəmiyyətli bir məsələyə çevrilib.
Məqalənin müəllifi bir əsrdən çox əvvəl Azərbaycanın Zəngəzur bölgəsinin bir hissəsinin ədalətsiz şəkildə Ermənistana verildiyini də xatırladıb.
Parlar vurğulayıb ki, bu gün rəsmi Ankara Bakı ilə birlikdə ölkəmizin qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni bərpa etmək üçün fəal səy göstərir.
Məqalədə Azərbaycanın 44 günlük müharibədəki Qələbəsi təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də qlobal əhəmiyyətli bir prosesin başlanğıcı kimi qiymətləndirilir.
Müəllif daha sonra dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb bölgələri arasında əlaqənin bərpasına şəxsi töhfələrindən bəhs edərək, həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayıb.
“Son dörd ildə Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin tikintisi əsasən başa çatıb, 123,6 kilometrlik avtomobil yolunun 95 faizi hazırdır. Bu yol Naxçıvanla Azərbaycanın digər bölgələri arasında əlaqə üçün çox vacibdir. Bundan əlavə, Horadizdən Ağbəndə qədər təxminən 110 kilometrlik dəmir yolunun tikintisi davam edir. Bu dəmir yolu Zəngəzur dəhlizinə inteqrasiya olunacaq və Ermənistandan Naxçıvana və daha sonra Türkiyəyə marşrut açacaq”, - deyə məqalədə bildirilir.
Müəllif xüsusi olaraq Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə diqqət yetirib. Görüşdə Zəngəzur dəhlizinin Ermənistan sərhədləri daxilində 42 kilometrlik hissəsinin açılması barədə razılığa gəlinib və bu hissə Amerika şirkəti tərəfindən idarə olunacaq.
Parlar, həmçinin Qarsdan Naxçıvan sərhədinə qədər yeni dəmir yolu xəttinə xüsusi tələbatın olduğunu qeyd edib. Bu dəmir yolunun təməlqoyma mərasimi 22 avqust 2025-ci il tarixində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun iştirakı ilə keçirilib. “Yeni dəmir yolu 4-5 il ərzində istifadəyə veriləcək və Şərqi Anadolunu Zəngəzur dəhlizinin əsas halqasına çevirəcək. Yeni marşrutun illik tutumu təxminən 5,5 milyon sərnişin və 15 milyon ton yük olacaq ki, bu da həm Türkiyənin, həm də Türk dünyasının iqtisadi inkişafına töhfə verəcək. Nəticədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaq”, - deyə ekspert bildirib.
Məqalənin müəllifi fikirlərini yekunlaşdıraraq bildirir ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanı və Türkiyənin İğdır vilayətini Çini Avropa ilə birləşdirən Orta Dəhlizin iki strateji nöqtəsinə çevirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 05 Yanvar 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















