Icma.az
close
up
RU
Zəngəzur və dəhliz sözləri Ermənistan üçün psixoloji baxımdan ağır yükdür AÇIQLAMA

Zəngəzur və dəhliz sözləri Ermənistan üçün psixoloji baxımdan ağır yükdür AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan “dəhliz” terminini qəbul etmir və marşrut yalnız TRIPP adlanmalıdır. O əlavə edib ki, TRIPP regional və beynəlxalq biznes üçün yeni imkanlar yaradacaq.

Ermənistan nəyə görə kommunikasiya xəttini “dəhliz” adlandırmaq istəmir? Bu terminə qarşı çıxmalarının siyasi və hüquqi səbəbləri nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi ki, İkinci Qarabağ müharibəsi və onun nəticələri Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasını əsaslı şəkildə dəyişdi:

"Bu dəyişikliklər yalnız Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə yekunlaşmadı, regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu reallıqlardan biri də nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması və yeni yolların formalaşdırılması ilə bağlıdır. Bu gün haqqında danışılan və Azərbaycan tərəfindən “Zəngəzur dəhlizi”, Ermənistan tərəfindən isə TRIPP layihəsi kimi adlandırılan yol da həmin reallığın bir hissəsidir. Təəssüf ki, Ermənistan cəmiyyətində hələ də “Zəngəzur dəhlizi” ifadəsinə, ümumilikdə isə “dəhliz” anlayışına qarşı müəyyən qorxu mövcuddur. Mən bunu psixoloji qorxu kimi qiymətləndirirəm və bunun bir neçə səbəbi var. Birinci səbəb niyyət faktoru ilə bağlıdır. Xatırlamaq lazımdır ki, Birinci Qarabağ müharibəsi dövründə ermənilər “Laçın dəhlizi” ifadəsindən istifadə etməklə Azərbaycanın digər ərazilərinin işğalını sürətləndirmişdilər. Həmin “Laçın dəhlizi” bəhanəsi ilə onlar geniş əraziləri nəzarətə götürə bilmişdilər. Digər tərəfdən, dəhliz anlayışı qondarma rejimin mövcudluğunu qorumaq üçün də əsas vasitə idi".

Politoloqun sözlərinə görə,  tarix onların yaddaşında elə dərin iz buraxıb ki, indi “Zəngəzur dəhlizi” ifadəsi onlarda öz keçmiş niyyətlərini qarşı tərəfdən görmək qorxusunu yaradır.

"Psixologiyaya görə insan nədən qorxursa, onu qarşısındakından da gözləyir. Ona görə də Ermənistan cəmiyyəti bu ifadədən qaçır və “TRIPP layihəsi” kimi adlardan istifadə etməyə üstünlük verir. Məsələnin ikinci tərəfi isə “Zəngəzur” anlayışı ilə bağlıdır. Ermənistan cəmiyyətində rəhbərliyindən sadə vətəndaşına qədər  “Zəngəzur” ifadəsi həm qorxu, həm həyəcan, həm də tarixi siqnal kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ildə Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması ilə bağlı açıqlamasında “Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var” fikri də Ermənistan cəmiyyətində əlavə narahatlıq yaratmışdı. Bu, Ermənistan qarşısında ərazi iddiası deyil, tarixi reallığın xatırladılmasıdır. Nəticə etibarilə həm “Zəngəzur”, həm də “dəhliz” sözlərinin birləşməsi Ermənistan üçün psixoloji baxımdan ağır yükdür. TRIPP layihəsi ortaya çıxmamışdan əvvəl də onlar “Zəngəzur dəhlizi” ifadəsindən qaçır, bunun əvəzinə müxtəlif terminlər “nəqliyyat kommunikasiya xətləri”, “sülh yolu” və s. işlətməyə çalışırdılar. Burada psixoloji amillər xüsusi rol oynayır. Ermənistanın keçmişdə dəhliz anlayışından istifadə etməklə törətdiyi işğallar onların bu gün həmin sözə qarşı həssaslığını artırır. Digər tərəfdən, istər “Zəngəzur dəhlizi”, istərsə də “TRIPP layihəsi” Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Dəhlizin yaxın vaxtlarda işə düşəcəyi ehtimal olunur və bu proses regionda yekun sülh müqaviləsinin imzalanması ilə birbaşa bağlıdır. Sülh müqaviləsi paraflansa da, hələ imzalanmayıb. Nəqliyyat-kommunikasiya xətlərinin açılması isə yeni iqtisadi və siyasi əməkdaşlıq imkanları yaradır və marşrutdan istifadə edəcək bütün ölkələr üçün ciddi dividendlər vəd edir. Bu səbəbdən Zəngəzur dəhlizinin açılmaması ehtimalını real hesab etmirəm. Sadəcə, onun adının Ermənistan cəmiyyəti tərəfindən qəbul edilməsi müəyyən vaxt tələb edir. Burada qorxu, psixoloji gərginlik və tarixi yanaşmalar bir-biri ilə sıx bağlıdır", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri