Icma.az
close
up
RU
Zərdabinin heykəli hansı ünvana köçməlidir? “3 dəfə yox, 2 dəfə dəyişdirilib”

Zərdabinin heykəli hansı ünvana köçməlidir? “3 dəfə yox, 2 dəfə dəyişdirilib”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Məncə, Zərdabinin 100 illiyi münasibətilə ona ən böyük töhfə o olardı ki, abidəsi İçərişəhərin qala divarları arasından çıxarılıb daha görünən bir məkanda – dediyim kimi, maarif və təhsil ocaqlarının, teatrların və ya xeyriyyə cəmiyyətlərinin qarşısında ucaldılsın”.

Bu fikirləri “Yeni Sabah”a Zərdabi şəxsiyyətinə və irsinə dair bir sıra əsərlərin müəllifi, ədəbiyyatşünas-alim və diplomat Vilayət Quliyev açıqlayıb.

Onun sözlərinə görə, məsələyə hər bir ziyalı, hər bir azərbaycanlı öz münasibətini bildirməlidir:

“Hesab edirəm ki, Anar müəllim düzgün fikir bildirib. Yəni təkcə ona görə yox ki, orada restoran var, ümumiyyətlə, İçərişəhər qapalı bir ərazidir və orada Zərdabinin abidəsi elə də görünmür.

İkincisi, Zərdabi həm Azərbaycan teatrının, həm müasir təhsil sisteminin, həm Azərbaycan mətbuatının, həm qadın təhsilinin, həm də ilk xeyriyyə cəmiyyətinin yaradıcısıdır. Ona görə də onun abidəsinin bu sahələrlə bağlı qurumların yaxınlığında yerləşdirilməsi daha məqsədəuyğun olardı.

Təbii ki, abidənin yeri barədə qərar vermək müvafiq icra orqanlarının vəzifəsidir. Sifarişlə “mütləq burada qoyulsun” demək olmaz, amma dediyim sahələrlə – təhsil, teatr, maarif və ya orta məktəb kimi məkanlarla əlaqəli bir yerdə ucaldılması daha məntiqli görünərdi. Bu halda o, qurucusu olduğu sahələrin öncülü kimi daha görünən və daha layiqli bir məkanda olar”.

V. Quliyev qeyd edib ki, Zərdabiyə ucaldılmış abidənin yer dəyişməsu həlli çətin olmayan bir məsələdir:

“Yəqin ki, münasib qərar veriləcək və mən də bu fikrin tərəfdarıyam".

Ədəbiyyatşünas-alim Həsən bəy Zərdabinin məzar yerinin 3 dəfə dəyişdirilməsi iddialarını da cavablandırıb:

"3 dəfə yox, 2 dəfə dəyişdirilib. Əvvəlcə o, Salyan şossesi istiqamətində, Şıx kəndində o dövrün mötəbər məzarlığında dəfn olunub. Bu barədə mən yeni çıxan “Yorulmaz Əkinçi Həsən bəy Zərdabi” kitabımda da yazmışam”.

Xatıladaq ki, dekabrın 8-də AYB sədri Anar Rzayev Esiklopediya binası qarşısında milli mətbuatımızın banisinə ucaldılmış abidənin yerinin dəyişdirilməsini təklif edib. O bunu binanın birinci mərtəbəsində "La Quzu" restoranının yerləşməsi, buna görə də mənfi təəssürat yaranması ilə əsaslandırıb. Lakin onun heykəli Dövlət Pedaqoji Universitetinin arxasındakı bağda yerləşdirmək təklifi rəsmi qurumlarda biganəliklə qarşılanıb.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Dekabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri