Icma.az
close
up
RU
Zərər ziyansız yaşamağın düsturu

Zərər ziyansız yaşamağın düsturu

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Anton Çexovun “Rotşildin skripkası” hekayəsi haqqında

Hekayənin qəhrəmanı tabutqayıran Yakov ömrü boyu əlləşib-vuruşub tabut düzəltməklə, arabir məclislərdə skripka çalmaqla baş girləsə də, evində içməli çaya belə qənaət eləsə də, yenə bu həyatdən nəf götürə bilmir ki, bilmir, hər dəfə gəlir-çıxarını hesablayanda filan qədər ziyana düşdüyünü görüb qəzəblənir. Bu adam hətta qürbətdə ölüb özgə bir ustanın düzəltdiyi tabuta qoyulan ölüləri, skripkasında çalınmamış mahnıları, çayda çoxdan bəri üzməyən gəmiləri, qarmağa düşməmiş balıqları, ovlanmamış qazları-ördəkləri də öz ayağına yazıb zərərini oracan böyüdür ki, axırda belə bir məntiqi nəticəyə gəlir: yaşamaq yalnız ziyan, ölməksə mənfəət gətirir, çünki yaşadıqca insanın itirdiklərinin də sayı artır, itkiləri artırsa, deməli, insan bir az da yoxsullaşır, bir az da müflisləşir; əksinə, ölməklə insan, Vahid demiş, bu dərdin çarəsini asan eləyir, itirmək qorxusundan azad olur, çünki ölüm həyata qənaətin zirvəsidir, qənaətsə bolluq deməkdir, sərvət deməkdir, dövlət deməkdir...

Böyüklər yerüstü ömürlərini də ölümdən sonrakı həyat kimi yaşayırlar: su kimi yumşaq, sel kimi güclü, dünyadan təmənnasız, amma əbədiyyətə iddialı. İnsan həyatdan nə qədər çox umarsa, özünü bir o qədər kasıb bilər, çünki tabutqayıran Yakov kimi onun da qazancı hər zaman qazanmadıqlarının yanında dənizdə damla kimi görünər. Dünyanın ən varlı adamı qənaətin ən uca zirvəsində oturan, kainatın cismiylə yox, ruhuyla qəlbinin ünsiyyətini, “alverini” quran kəsdir.

Müəllifin “Tanış səltənətin sultanı” adlı yazısından

Kimsə nə vaxtsa demişdi ki, əgər bir gün rus xalqı yoxa çıxsa, Çexovun personajları əsasında onu bərpa eləmək olar. Hərçənd bu böyük yazıçının yaratdığı obrazlar çoxdan milli hüdudları aşıb keçib özgə xalqların, özgə ölkələrin də mənəvi ərazilərini zəbt eləyiblər, həm də onların sərhədlərini tırtıllı tanklar, qanadlı raketlər kimi yox, günəş kimi, bulud kimi, külək kimi pozublar. Ancaq hər bir gerçək sənətkarın əlindən çıxmış sənət əsəritək Çexovun da yaradıcılığı formaca milli, məzmunca bəşəridir, yoxsa on doqquzuncu əsrin ikinci yarısında yaşamış rus mujikinin, ya rus dvoryanının taleyi, düşüncəsi, məsələn, uzaq Latın Amerikası, yaxud yapon oxucusunda hansı cəhətlərinə görə maraq doğura bilərdi?

Gödək ömrünün dar möhləti çərçivəsində Çexovun ağlasığmaz işlər görməsi öləri bəndənin taleyinə, qismətinə, ölümünə dov gəlməsinin, fələklə təkbətək döyüşdən qalib çıxmasının ən parlaq örnəklərindən, insan oğlunun yer üzündə ən şanlı zəfərlərindən biri sayılmağa layiqdir. Vərəm viruslarıyla ölüm onu gəncliyindən qarmağına keçirmişdi, o virusları dibçək gülləritək suvara-suvara zalım fələk bir misilsiz ruh qabının, nadir çiçək açmış bir incə gövdənin ölümünü bəsləyirdi - dövrünün adlı-sanlı həkimi tezliklə öləcəyini ölümünə dərindən inanmayan biz bəndələr kimi də yox, lap dəqiq bilirdi, bununla belə yaralı canını minib çapıb yükləməkdən, xəstələrə, məzlumlara, sürgünlərə, dustaqlara fəda eləməkdən çəkinmir, usanmırdı. Üstəlik, bu işləri heç bir təmənna güdmədən, sağlam, firavan ömrə, mükafata, o dünyaya, cənnətə zərrə ümid bəsləmədən görürdü. Ümid bəsləmək bir yana, ona o mükafatı verən olsaydı belə qəbul eləməzdi.

İndi - Qərb dünyasında, ilk növbədə elə yazıçının öz vətənində saxta vətənpərvərliyin, aqressiv millətçiliyin zorla dəbə mindirildiyi bu günlərdə Çexov kimi gerçək patriotlara nə qədər ehtiyac var! Hərçənd indiki mühitdə heç Anton Pavloviç də baş girləyə bilməzdi, onu dərhal xarici agent elan eləyib indiyə qalmış beş-on ardıcılı kimi dilini-ağzını qıfıllayar, ən yaxşı halda vərəm bağlamış dərdini ciyərinin başında gəzdirdiyi ölkəsindən sürgünə göndərərdilər. İndi onun personajları dahi ruh həkiminin qoyduğu diaqnozlar üzərində baş sındırıb dəvasız dərdlərinə çarə aramalıykən öz yaradanlarına asi çıxıblar, mərəzlərinə kənarda baiskar tapıblar. O səbəbdən Turgenevin, Tolstoyun, Çexovun dövründən qalma mikroblar hələ də can almaqdadır. Mikrob, xəstəlik ölmür, münbit şərait yaradılanda fəallaşıb hərəkətə keçir, natəmizlik aradan qaldırılanda passivləşib yuxuya gedir. Bu gün adını çəkdiyim-çəkmədiyim böyük insanların vətənində Anton Pavloviçdən min qat üstün, bilikli can həkimləri var, ancaq Çexova bərabər ruh həkimi, könül təbibi, təəssüf ki, yoxdur. Çexovun yaratdığı, ondan əvvəl Çexovu yaradan xalq, deyəsən, gerçəkdən yoxa çıxıb...

***

1892-ci ildə Anton Pavloviç Çexov Moskva vilayətinin Melixovo kəndində özünə malikanə alır. Burada məskunlaşan yazıçı yoxsul əhaliyə pulsuz tibbi yardım göstərir, kəndli balalarının savadlanması üçün məktəb tikdirir, aclıq çəkən qonşu quberniyalara köməyə gedir, əhalinin siyahıya alınmasında fəal iştirak eləyir. 1894-cü ildə yazılmış “Rotşildin skripkası” hekayəsi Anton Çexovun Melixovoda qələmə aldığı qırx iki əsərdən biridir. Bir çox başqa şedevrləri kimi bu hekayə də onun nəsr yaradıcılığının yetkin çağına, qızıl dövrünə düşür. Müəllif özünün ən yaxşı nəsr əsərlərini əsasən on doqquzuncu əsrin sonuncu onilliyində ortaya qoyub. Həmin dövrdə onun yazdığı hekayələrin, povestlərin çoxu dərin fəlsəfi mahiyyət daşıyır. Qonçarovun, Turgenevin, Dostoyevskinin, Tolstoyun ardınca Çexovu dünya ədəbiyyatının öncülləri sırasına çıxaran da məhz həmin əsərlərdir.

Əhvalat gözdən uzaq əyalət şəhərciyində vaqe olur: “Qəsəbə balacaydı, kənddən də betər idi. Burada, demək olar, ancaq qocalar yaşayırdı. Onlar da elə gec ölürdülər, adamın lap acığı tuturdu. Türmədə, xəstəxanada da tabuta çox az ehtiyac olurdu”.

Tabutqayıran Yakov İvanov belə bir könül bulandıran məkanda ömür çürüdür. Əgər əlindəki bu sənətlə quberniya şəhərində yaşasaydı, söz yox, əməlli-başlı dolanardı, babat evi, mülkü olardı, ona “Yakov Matveiç” deyə müraciət eləyərdilər. Burada isə onu eləcə “Yakov” deyib çağırırlar. Hələ camaat arasında ləqəbi də var: Bronza. Yetmiş yaşına çatıb, hələ də iri gövdəsinin güc-bəla sığışdığı köhnə-kürüş daxmadan çıxa bilməyib. O özü, Marfa qarı, soba, ikinəfərlik çarpayı, taxta yonduğu dəzgah, qalan avadanlıq, hazır tabutlar - hamısı bu təkotaqlı daxmaya yüklənib.

Yakov işinin ustasıdır, yaxşı əl qabiliyyəti var: “Kəndlilərin, meşşanların tabutunu öz boyuna görə hazırlar, bu zaman heç yanılmazdı, çünki yetmiş yaşı olsa da, heç yerdə, hətta həbsxanada da ondan hündür, ondan möhkəm adam tapılmazdı. Ağalara, kübar xanımlara tabutu dəmir arşınıyla ölçüb düzəldərdi. Uşaq tabutlarının sifarişini çox könülsüz qəbul edər, onları ölçüb eləmədən nifrətlə qayırardı, hər dəfə də bunun üçün pul alanda deyərdi:

- Açığı, mənasız işlərə baş qoşmaqla aram yoxdur”.

Bundan başqa Yakovun yaxşı skripka çalmağı da var, qəsəbə toylarını aparan yəhudi orkestrinə günü əlli qəpikdən dəvət alanda şabaş qarışıq bu işdən də qazancı olur: “Orkestrdə oturuqlu çalanda istidən tərləyib pörtür, sarımsaq iyindən nəfəsi tutulurdu, skripka cüyüldədikcə sağ qulağının dibində kontrabas xırıldayır, sol qulağının yanında isə fleyta inildəyirdi. Fleytanı məşhur dövlətli Rotşildin soyadını daşıyan, sifətinin qırmızı, göy damarları çıxmış arıq kürən cuhud çalırdı. Bu məlun ən şən havaları belə çox yanıqlı çalmağa çalışırdı. Yakov heç bir səbəb olmadan yavaş-yavaş cuhudlara, xususilə Rotşildə kin, nifrət bəsləməyə başladı, hər şeyi söz eləyir, heç nədən Rotşildi söyüb-bulayırdı. Hətta bir dəfə onu döymək də istəmişdi, Rotşild bundan inciyib ona hiddətlə baxa-baxa demişdi:

- Əgər istedadınıza hörmət eləməsəydim, sizi çoxdan bu pəncərədən bayıra atmışdım.

Sonra da ağlamışdı. Buna görə Bronzanı orkestrə gec-gec, lap çarəsiz qalanda, cuhudlardan biri çatmayanda çağırırdılar”.

Toyla yas, sevinclə kədər, doğumla ölüm həyatın iki üzüdür, bütün normal insanlar kimi Yakovun da dünyanın həm gülən, həm də ağlayan üzüylə münasibəti, alış-verişi var. Üstəlik, o, toydan da, yasdan da nəf götürməyi, pul qırmağı bacarır.

Davamı növbəti sayımızda...

F.Uğurlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri