Icma.az
close
up
RU
Zərifə xanım hər zaman ideal xanım şəxsiyyət obrazını qoruyub saxlaya bildi MÜNASİBƏT BİLDİRİLDİ

Zərifə xanım hər zaman ideal xanım şəxsiyyət obrazını qoruyub saxlaya bildi MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycan qadını tarixin bütün dönəmlərində öz yüksək keyfiyyətləri ilə seçilib, təqdir olunub". Bu sözləri SİA-ya açıqlamasında deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, bütün bu keyfiyyətlər içərisində ən üstün məqam isə qadınlarımızın cəmiyyət, insanlıq üçün faydalı olmasındadır: "Bu mənada tam əminliklə demək olar ki, akademik Zərifə xanım Əliyeva tək Azərbaycan tarixi üçün deyil, bütövlükdə dünya üçün əsl qadın örnəyidir. Tarixdə iz qoymuş yenilikçi həkim kimi şəxsiyyətində işıq daşıyan Zərifə xanım eyni zamanda alim olaraq özünü dünya tibbi üçün təsdiqləyərək mütərəqqi Azərbaycan qadınının bəşəri obrazını nümayiş etdirməyi bacardı. Zərifə xanım oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərərək o zaman geniş yayılmış traxomanın müalicəsində inqilabi elmi ixtiraları ölkəmizdə deyil, dünya miqyasında birmənalı şəkildə qəbul olundu.
O oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, nadir elmi əsərlərin, monoqrafiya, dərsliklərin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi gerçəkdən böyük alim idi.

Həkim kimi şəfa verdiyi xəstələrə yüksək insani münasibət göstərən Zərifə xanım tələbələrinə də ana qayğısı ilə yanaşırdı. O, yüksək elmi potensialı ilə ölkəmizdə oftalmologiya sahəsində məktəb qura bildi. Kamil alim kimi zülmətə, qaranlığa meydan oxuyan akademik ölkəmizdə oftalmologiya elminin fundamental əsaslarını yaratdı, müəllim kimi xüsusi rəğbət qazandı və dünyaca şöhrətli alimimiz, böyük müəllim, unudulmaz şəxsiyyət kimi tibbin- oftalmologiyanın istinad nöqtəsinə çevrildi. Azərbaycan mentalitetinin ideal həyat yoldaşı və ana obrazını özündə daşıyan bir xanımın elm xadimi kimi də dünyanı fəth etməsi səhiyyəmiz üçün qürurverici hadisə oldu.

Zərifə xanım məhz bu mənada hər zaman bəşəri dəyərlərdə ideal xanım - şəxsiyyət obrazını qoruyub saxlaya bildi.

Aprelin 15-i Zərifə xanım Əliyevanın anım günüdür. Həyatının böyük hissəsini səhiyyəmizin inkişafına həsr edərək qaranlıqla mübarizədən qalib ayrılan Zərifə xanımın işıqlı həyatı hər birimiz, həkim olaraq şəxsən mənim üçün etalon, örnəkdir. Onun elmi yanaşmaları, dərslikləri, əsərləri bu gün durmadan inkişaf edən milli səhiyyəmizin sərvətidir.

Bununla yanaşı, Zərifə Əliyeva xalqın həyatında müstəsna xidmətlər göstərərək əbədiyyət qazanmış Ulu öndərin ömür-gün yoldaşı, təkcə qonşu düşmən ölkə ilə deyil, səlibçi dünya ilə döyüşərək Azərbaycanın ərazi bütövlüyünü tam təmin edərək evimizə zəfər gətirən, tarixi haqqımızı bizə qaytaran Qarabağ fatehinin, ümumxalq Qəhrəmanının anasıdır. Bugünkü qüdrətimiz, bütövlüyümüz və bunun ardınca yaşadığımız milli xoşbəxtliyimiz Zərifə xanımın ana kimi tərbiyə etdiyi Sərkərdənin tarixi xidmətidir. Ona görə də Zərifə xanım alim, ziyalı, ictimai xadim, ANA kimi ucalıqdadır və həmişə o yüksəklikdə sevgi ünvanı kimi qalacaq. Dədə Qorqud demişkən, Ana haqqı, Vətən haqqı!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri