Icma.az
close
up
RU
Ziya Hacılıya yeni vəzifə verildi FOTO

Ziya Hacılıya yeni vəzifə verildi FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi vəzifəsinə yeni təyinat olub. Konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Konfederasiya prezidenti Məmməd Musayev bununla bağlı əməkdaşlarla keçirdiyi görüşdə Z.Hacılını təyinatı münasibətilə təbrik edib. M.Musayev təşkilatın ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılması, dövlət-özəl dialoqunun inkişafı istiqamətində gördüyü işlərə toxunaraq icra aparatının gələcək fəaliyyəti ilə bağlı prioritetləri açıqlayıb. Z.Hacılı bu yüksək etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ziya Hacılı Bakı Dövlət Universitetini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Ötən dövr ərzində kommunikasiya bacarıqları, transformasiya, yenidənqurma, böhranlar zamanı cəmiyyətin idarəedilməsi, beynəlxalq protokol qaydaları, iqtisadi, siyasi, o cümlədən təbii və texnogen xarakterli böhranlar zamanı idarəetmə və ictimaiyyətlə əlaqələrin qurulması mövzularında Avropa təhlükəsizlik məsələləri üzrə Corc Marşal Mərkəzi, NATO məktəbi, Avropa Kolleci və digər beynəlxalq təşkilat və elmi tədqiqat mərkəzlərinin kurs, seminar və dinləmələrində iştirak edib, 40-a yaxın sertifikata layiq görülüb. Xidmətdə fərqləndiyinə görə müxtəlif vaxtlarda fəxri fərman, xidmətə görə döş nişanı və medallarla təltif edilib. Ziya Hacılı əmək fəaliyyətinə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında başlayıb. Fövqəladə Hallar Nazirliyi Katibliyinin rəis müavini, Azərbaycan Respublikası Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifələrində çalışıb.

Ziya Hacılı 17 aprel 2024-cü il tarixindən Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin müşaviri vəzifəsində çalışırdı.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri