Icma.az
close
up
RU
Zukerberq telefonlar dövrünün bitəcəyini deyir

Zukerberq telefonlar dövrünün bitəcəyini deyir

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Dünyaca məşhur "Meta" şirkətinin sahibi Mark Zukerberq müasir mobil telefon dövrünün yaxın gələcəkdə sona çatacağını proqnozlaşdırır.
Reyting.az
-ın məlumatına görə, milyarder deyib ki, təxminən 10 ildən az bir müddət ərzində adamlar mobil telefonlarla müqayisədə daha çox ağıllı eynəklərdən istifadə edəcəklər.
Texnologiya sənayesi smartfonu istehlak bazarına çıxdığı gündən digər telefonları əvəz etməyə çalışıb. Lakin 2012-ci ildə ilk namizədlər telefonun funksiyalarını daha sadə və asan formatda birləşdirməyi vəd edən ağıllı saatlar olub. Bununla belə, 10-12 il ötsə də, ağıllı saatlar yalnız mobil telefon funksiyalarını tamamlayan, ancaq cib telefonunu əvəz edə bilməyən idman aksesuarları kimi qalır.
Zukerberq ağıllı eynəklərin növbəti və çox böyük bir hesablama platforması olacağını proqnozlaşdırır.
Xatırladaq ki, iki il əvvəl yayımlanan "Ray-Ban Stories" modelli eynəklər "Meta"-nın bu nəhəng bazarı fəth etmək üçün ilk ciddi cəhdi idi. Bu eynək markasında beş meqapiksellik kamera, iki dinamik və üç mikrofon var. Lakin hazırda bu müasir avadanlıq yeni model mobil telefonun imkanlarını əvəz etməyə qadir deyil.
M. Zukerberq isə inamla iddia edir ki, artıq 2030-cu illərdə smartfona bir o qədər də ehtiyac olmayacaq. Milyarderin proqnozuna görə, eynək istifadəçiləri müəyyən tapşırıqları mobil telefonlarından daha yaxşı yerinə yetirə biləcəklər və gündəlik istifadədə eynəklərin rahatlığı tamamilə üstünlük təşkil edəcək.
Onu da qeyd edək ki, "Apple" şirkətinin də, "Vision Pro" ilə belə bir gələcək naminə bütün funksiyaları olan mobil telefonları əvəzetmə bazarına daxil olması vəziyyəti gərginləşdirib. Mütəxəssislərin fikrincə, artıq yarış gedir və fərdi hesablamaların yaxın gələcəyinə hakim olmaq rəqabəti güclənib. Bununla belə, çoxları hesab edir ki, Zukerberqin bəyanatları obyektiv təhlildən daha çox biznes strategiyasına bənzəyir, çünki "Meta" uğursuzluqlardan sonra özünü bu inkişaf etməkdə olan nəhəng sektorda yerləşdirməyə can atır.
Lakin mütəxəssislər bildirirlər ki, iddialar böyük olsa da, yaxın gələcəkdə "Meta" istehsalı olan ağıllı eynəklərin, yeni ağıllı saatların, həmçinin mobil telefonların edə bilmədiklərinə hansı səviyyədə nail olub-olmadığını zaman göstərəcək.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri