Makron da Trampın yolunu gedir Putinlə...
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Ukrayna müharibəsi fonunda Avropa ilə Rusiya arasında münasibətlər dərin böhran mərhələsinə qədəm qoysa da, diplomatik kanalların tamamilə bağlanmaması məsələsi Avropa liderləri üçün hələ də aktualdır. ABŞ prezidenti Donald Tramp və Kremlin sahibi Vladimir Putin arasında son bir ildə baş tutan telefon danışıqları və Alyaska görüşünün keçirilməsi bunu deməyə əsas verir.
Son olaraq, qabaqcıl Avropa ölkələrindən daha birinin rəhbəri - Fransa prezidenti Emmanuel Makron Putinlə mümkün qədər tez bir zamanda söhbət etməyi planlaşdırdığını açıqlayıb.
"Hər şey tez bir zamanda təşkil olunmalıdır. Hazırda əlaqələr bərpa olunur və danışıq yaxın həftələrdə baş tutmalıdır", - deyə o bildirib.
Heç şübhəsiz ki, Parisin Moskva ilə təmaslara açıq qalmaq istəyi beynəlxalq diplomatiyada Fransanın vasitəçi rolunu qorumaq cəhdi kimi də dəyərləndirilməlidir.
Politoloq Niyaməddin Orduxanlının fikrincə, Avropa dövlətlərinin rəhbərlərinin Putinlə əlaqələr qurmağa cəhd etməsinin və ya yenidən əlaqələrinin bərpa olunmasının əsasında Tramp durur.
O, Musavat.com-a bunları deyib:
"Tramp prezident seçiləndən sonra bütün dünyaya göstərdi ki, Rusiyanın maraqlarından çıxış edir və hər kəs Putinlə hesablaşmalıdır. Tramp Putinə olan hörmət və ehtiramı ilə Avropanı idarə edən prezidentləri buna təhrik edir.
ABŞ-də keçirilən prezident seçkilərində Avropa bütün gücü ilə çalışırdı ki, Donald Tramp yenidən prezident seçilməsin. Çünki onlar yaxşı bilirdilər ki, Tramp seçilsə, Putini müdafiə edəcək və onlara münasibəti çox pis olacaq.
Tramp seçiləndən sonra biz gördük ki, onun özü Avropa liderlərini necə ələ salır, aşağılayır, saatlarla qəbulda gözlədir, təhdid edir, hədə-qorxu gəlir və s. Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə görüşüb münasibətləri bərpa etmək istəyir. Ukrayna məsələsində tutduqları mövqeni Amerikanın keçmiş rəhbərliyi Co Baydenlə əlaqələndirmək istəyir. Həmçinin, ABŞ-nin Venesuelada 3,5 saatlıq əməliyyat edib, prezident Maduronu yatdığı yerdə həbs etməsi, Avropa liderlərini və digərlərini çox qorxuya salıb.
ABŞ çox məharətlə Rusiyanı Avropa ölkələri üçün bir xoxan obrazında təqdim edib və öz maraqlarını təmin edib. Avropa liderləri qorxudan Putinin qapısında növbəyə düzülmək istəyirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 Yanvar 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















