Icma.az
close
up
RU
1 illik qədərinizin yazılığı o müqəddəs gecə...

1 illik qədərinizin yazılığı o müqəddəs gecə...

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ramazan ayının son on gecəsi içində yer alan Qədr gecəsi İslamda ən müqəddəs və fazilətli gecədir. Qurani-Kərimdə bu gecənin əhəmiyyətinə ayrıca bir surə həsr olunub. Allah belə buyurur:
"Doğrusu, biz Qurani-Kərimi Qədr gecəsində nazil etmişik. Qədr gecəsinin nə olduğunu bilirsənmi? O gecə min aydan daha xeyirlidir. Mələklər və Cəbrayıl bu gecədə Rəbbin əmri ilə hər iş üçün endirilirlər. Bu gecə dan yerinə qədər əmin-amanlıq içindədir." (Qədr, 97/1-5)
Rəvayətlərdən məlum olur ki, Rəsullullah (s) həzrətləri əshabına Qədr surəsinin nazil olma səbəbini izah etmişdir. Bu gecəyə “Qədr” deyilməsi onun şərəfi və dəyərindən irəli gəlir.
Qədr gecəsinin xüsusiyyətləri:
Qurani-Kərim bu gecədə nazil olmuşdur.
Bu gecədə edilən ibadət, min aydan daha xeyirlidir.
Gələcək bir il ərzində baş verəcək hadisələr bu gecə mələklərə bildirilir.
Cəbrayıl və digər mələklər yeryüzünə enir.
Qədr gecəsinin dəqiq tarixi məlum olmasa da, ümumiyyətlə Ramazanın son on gecəsi içindəki tək rəqəmli gecələrdə axtarılması tövsiyə olunmuşdur. Ən çox qeyd edilən gecə isə 27-ci gecədir.
Allah bəzi hikmətlərlə Qədr gecəsini və digər bəzi işləri gizli tutmuşdur ki, möminlər daim oyaq olsun, diqqətli və davamlı ibadətdə olsunlar. Rasullullah (s) buyurur:
"Kim Qədr gecəsini onun fazilətinə inanaraq, alacağı savabı Allahdan ümid edərək ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar." (Buxari, Qədr, 1)
Qədr Gecəsində Nələr Edilə bilər?
Nafilə və ya qəza namazı qılmaq
Qurani-Kərim oxumaq
Tövbə və istiğfar etmək
Dua etmək
Süfyan-ı Sevrî qeyd edir:
"Qədr gecəsi Qurani-Kərimi oxuyub sonra dua etmək daha xeyirlidir"
Hz. Aişə validəmiz Rəsullullah (s)dan soruşmuşdur:
"Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gələndə necə dua edim?"
Rəsullullah (s) buyurmuşdur:
"Allahummə inneke afüvvün təhibbul-afve fa’fu annî."
Tərcüməsi: "Allahım, Sən çox bağışlayan və bağışlamağı sevən Rəbbsən, məni bağışla."
Qədr gecəsində ibadət və dualar xüsusi əhəmiyyət kəsb edir. Bu gecənin bütününü ibadətlə keçirə bilməyənlər ən azından teravihdən sonra bir müddət oturub dua etməlidir. Bu, iman və ruhaniyyəti təravətləndirir.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Mart 2026 01:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri