Icma.az
close
up
RU
100 MİNLƏRLƏ İNSAN TİBBİ SIĞORTADAN KƏNARDA QALIR “Nazir etiraf etmişdi ki...”

100 MİNLƏRLƏ İNSAN TİBBİ SIĞORTADAN KƏNARDA QALIR “Nazir etiraf etmişdi ki...”

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda rəsmi məlumata görə, 1,5 milyon nəfərə yaxın kənd təsərrüfatı torpaqlarının payçıları var. Onların içərisində pensiyaçı, əlilliyi olan şəxs, rəsmi müqaviləli işdə çalışan xeyli insan var və dəqiq sayını çox güman ki, dövlət bilir. Amma aydındır ki, bu kateqoriyaya aid olan yüz minlərlə insanın əsas və yeganə iş yeri də elə pay torpaqlarıdır. Onlar ölkənin ərzaq, həm də milli təhlükəsizliyinin sütunudur”.

Hurriyyet.az bildirir ki, bu barədə iqtisadçı Rövşən Ağayev “Facebook” hesabında yazıb. 

O, vurğulayır ki, belə bir strateji sahənin ağırlığını daşıyan nəhəng işçi ordusu icbari tibbi sığorta mexanizmindən kənarda qalır: “Çünki qanunvericiliyə görə, pay torpaqlarının yerləşdiyi ərazinin bələdiyyəsində ailə kəndli təsərrüfatı kimi uçota alınmayan fermerlər avtomatik olaraq qeyri-formal məşğul əhali kateqoriyasına düşür. Əlimdə real faktlar yoxdur, amma şəxsi kanallarla dəqiqləşdirə bildiyim odur ki, Azərbaycanda ailə-kəndli təsərrüfatı kimi bələdiyyələrdə uçota düşmək praktikası demək olar ki, istifadə edilmir. Yəni yüz minlərlə torpaq payçısını statistika qeyri-formal məşğul kimi qeydə alır və onların icbari tibbi sığorta məsuliyyəti öz üzərlərində qalır”.

İqtisadçı əlavə edir ki, tibbi sığorta haqqında qanunda ayrıca olaraq torpaq payçıları sığorta ödəyicisi kimi nəzərdə tutulmayıb. Halbuki pensiya sığortasında bu yanaşma var və torpaq mülkiyyətçiləri torpağın keyfiyyət kateqoriyasından asılı olaraq minimum əmək haqqına nisbətlə pensiya sığortası ödəyirlər.

R. Ağayev hesab edir ki, imtiyazlı şərtlərlə xırda torpaq payçılarının sığortasını dövlət subsidiyalaşdırmalıdır.

“Elə bu yaxınlarda ölkənin kənd təsərrüfatı naziri dedi ki, Azərbaycanda bir təsərrüfata orta hesabla 1,7 hektar torpaq düşür və bu, ailənin dolanması üçün qətiyyən kifayət deyil. O, daha uzağa gedərək əlavə etmişdi ki, fermer ailəsinin dolanışığı üçün azı 9 hektar torpağa sahib olmalıdır. İndi özünü dolandıra bilməyən bu qədər böyük sayda insanın sağlamlığını qorumaq məsuliyyətini onların boynuna atmaq olarmı? Sağlamlıq məsələsi də ərzaq təminatı kimi strateji və milli təhlükəsizlik məsələsidir”, – ekspert vurğulayır.

“Yeri gəlmişkən, bir çox ölkələrdə dövlət bütün səhiyyə xidmətlərinə münasibətdə universal sığorta modeli tətbiq etməsə də, minimum xidmətlər paketi təqdim edir, istisnasız olaraq bütün vətəndaşlar həmin paketi ala bilir. Bizdə heç olmasa bunu edəcəklərmi?”, – Rövşən Ağayev sual edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Noyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri