Icma.az
close
up
RU
11 “B” sinfinin müəllimlərinə sonsuz minnətdarlıq

11 “B” sinfinin müəllimlərinə sonsuz minnətdarlıq

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Bakı şəhəri, Yasamal rayonu, Milli Qəhrəman Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 11 “B” sinfi üçün bu gün təkcə bir tədris ilinin deyil, bütöv bir məktəb həyatının yekunlaşdığı, sevinc və kövrək duyğuların bir-birinə qarışdığı əlamətdar gündür. Bu gün biz məzunlar olaraq keçdiyimiz on bir illik təhsil yoluna nəzər salır, bu yolda bizə elm öyrədən, tərbiyə verən, yol göstərən bütün müəllimlərimizə dərin hörmət və minnətdarlığımızı ifadə edirik.

Məktəb rəhbərliyimizə, xüsusilə də təlim-tərbiyə işləri üzrə direktor müavinimiz, bizə 5-ci sinifdən etibarən Rəqəmsal Bacarıqlar və STEAM fənlərini tədris edən Çinarə Kazımova müəlliməyə, həmçinin STEAM müəllimimiz Nəzakət Əhmədbəyli müəlliməyə dərin təşəkkürümüzü bildiririk. Onlar müasir texnologiyalar, innovativ düşüncə və yaradıcı yanaşma bacarıqlarımızın inkişafında böyük rol oynadılar. Verdikləri bilik və dəstək sayəsində biz gələcəyin dünyasına hazırlaşmağın vacibliyini dərk etdik, yeni ideyalar yaratmağı və texnologiyalardan səmərəli istifadə etməyi öyrəndik.

Sinif rəhbərimiz Məcidova Aytən müəlliməyə xüsusi təşəkkürümüzü bildiririk. Aytən müəllimə bizim üçün sadəcə sinif rəhbəri deyil, hər zaman qayğımıza qalan, uğurlarımıza sevinən, çətin anlarımızda yanımızda olan doğma bir insan olmuşdur. O, bizi bir sinif kimi birləşdirmiş, dostluğun, qarşılıqlı hörmətin və məsuliyyətin vacibliyini öyrətmişdir. Məktəb illərimizin ən gözəl xatirələrində Aytən müəllimənin əməyi, qayğısı və səmimiyyəti xüsusi yer tutur.

Azərbaycan dili müəlliməmiz Kərimova Bəyim müəllimə bizə ana dilimizin zənginliyini, sözün qüdrətini və milli-mənəvi dəyərlərimizi sevdirib. Onun sayəsində dilimizi daha dərindən öyrənmiş, fikirlərimizi düzgün və səlis ifadə etməyi bacarmışıq.

Riyaziyyat müəllimlərimiz Hacıyeva Mahur müəllimə və Mustafayeva Günay müəllimə bizə məntiqi düşünməyi, qarşıya çıxan problemlərə düzgün həll yolları tapmağı öyrədiblər. Onların səbrli və məsuliyyətli yanaşması bizə riyaziyyatın həyatın ayrılmaz hissəsi olduğunu göstərib.

İngilis dili müəllimələrimiz Qurbanova Hökümə müəllimə, Əliyeva Təranə müəllimə və Əliyeva Mətanət müəllimə bizə dünya ilə ünsiyyət qurmağın açarını təqdim etdilər. Onların zəhməti nəticəsində xarici dil biliklərimiz inkişaf etdi və yeni imkanların qapıları üzümüzə açıldı.

Rus dili müəllimələrimiz Qasımova Aygün müəllimə, Əfəndiyeva Fidan müəllimə, Xaver Süleymanova müəllimə və Firəngiz Kərimova müəllimə bizə bu dili sevdirərək müxtəlif mədəniyyətləri daha yaxından tanımaq imkanı yaratdılar.

Coğrafiya müəlliməmiz Şiriyeva Könül müəllimə bizi dünyanın müxtəlif guşələrinə apararaq təbiətin, ölkələrin və xalqların rəngarəngliyi ilə tanış etdi. Onun dərsləri sayəsində dünyaya baxışımız daha da genişləndi.

Biologiya müəlliməmiz Məmmədova Şərqiyə müəllimə canlı aləmin sirlərini öyrədərək təbiətə və həyata daha böyük maraq formalaşdırdı. Onun dərsləri bizə insanın və təbiətin bir-biri ilə ayrılmaz bağlılığını anlatdı.

Həyat bilgisi müəllimələrimiz Əhmədova Sevda müəllimə və Tağıyeva Pərvanə müəllimə bizə yalnız bilik deyil, həm də düzgün həyat prinsipləri aşıladılar. Onların tövsiyələri gələcək həyat yolumuzda bizə bələdçi olacaq.

Kimya müəllimələrimiz Əhmədova Sevda müəllimə və Abdullayeva Xatirə müəllimə maddələrin sirli dünyasını sevdirərək elmin maraqlı tərəflərini bizə tanıtdılar. Onların əməyi sayəsində müşahidə etməyi və araşdırma aparmağı öyrəndik.
Fiziki tərbiyə müəllimlərimiz Allahverdiyeva Nərgiz, Mustafayev Sahib müəllim və Şirinov Rövşən müəllim bizə sağlam həyat tərzinin əhəmiyyətini aşıladılar. Onların rəhbərliyi ilə həm fiziki hazırlığımız, həm də komandada işləmək bacarığımız inkişaf etdi.

Təsviri incəsənət müəlliməmiz İsayeva İradə müəllimə gözəlliyi görməyi və yaradıcılığı qiymətləndirməyi öyrətdi. Onun dərsləri estetik zövqümüzün formalaşmasına mühüm töhfə verdi.

Tarix müəllimələrimiz Məmmədova Nailə müəllimə və Paşayeva Günel müəllimə keçmişimizi öyrədərək vətənimizin tarixini sevməyi, tarixi hadisələrdən nəticə çıxarmağı öyrətdilər. Onların dərsləri milli kimliyimizin daha dərindən dərk edilməsinə xidmət etdi.

Fizika müəllimələrimiz Osmanova Mahirə müəllimə və Əsədullayev Yusif müəllim bizə kainatın qanunlarını, elm və texnologiyanın əsaslarını öyrətdilər. Onların sayəsində ətrafımızda baş verən hadisələrə daha elmi yanaşmağı bacardıq.
İnformatika müəllimələrimiz Həsənova Mehriban müəllimə və Aysel Fətəliyeva müəllimə müasir informasiya texnologiyalarından istifadə etməyi öyrədərək bizi rəqəmsal dünyanın imkanları ilə tanış etdilər.

Musiqi müəlliməmiz Paşayeva Nuranə müəllimə musiqinin insan ruhuna təsirini hiss etdirdi, incəsənətə sevgimizi artırdı və mənəvi dünyamızın zənginləşməsinə töhfə verdi.

Gənclərin Çağırışaqədərki Hazırlığı müəllimimiz Quliyev Pəhləvan müəllim bizə vətənpərvərlik hisslərini, intizamı və məsuliyyəti aşıladı. Onun dərsləri Vətənə sevgi və xidmət anlayışını daha dərindən dərk etməyimizə kömək etdi. Onun bizə aşıldığı bu sevginin nəticəsində mən hərbçi olmaq qərarına gəldim.

Əziz müəllimlərimiz! Bu gün əldə etdiyimiz hər uğurun arxasında sizin zəhmətiniz, biliyiniz, səbriniz və fədakarlığınız dayanır. Siz bizə yalnız dərs keçmədiniz, həm də insan olmağı, məqsədlərimizə doğru inamla addımlamağı öyrətdiniz. Məktəb illəri başa çatsa da, verdiyiniz biliklər, dəyərlər və xatirələr ömrümüz boyu bizimlə olacaq.

11 “B” sinfi adından hər birinizə dərin ehtiram və sonsuz təşəkkürümüzü bildiririk. Yolunuz daim işıqlı, ömrünüz sağlam və uğurlu olsun. Bizim qəlbimizdə hər zaman əziz müəllimlərimiz kimi yaşayacaqsınız.Məzun günümüz mübarək, əziz müəllimlərimiz!

Hörmətlə, Tuncay ŞƏHRİLİ (Mustafayev)

20 nömrəli məktəb-lisey 11 “B” sinifdən məzunu
11.06.2026. Bakı şəhəri.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 İyun 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri