125 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən BAKU-WS-ə Bu marşrut üzrə avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan “Bibiheybət yolu”na çıxmaqla (“Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edəcək. Dəyişiklik nəticəsində “Bibiheybət yolu” ətrafında çoxsaylı yaşayış binalarının sakinlərinin, Bakı Ali Neft məktəbinin kampusunun müəllim və tələbə heyətinin, eləcə də həmin ərazidə olan iaşə obyektlərindən istifadə edən əhalinin müntəzəm marşrut xətti ilə “28 May” metrostansiyası – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirilməsi təmin ediləcək.Məlumat üçün qeyd edək ki, dəyişiklik edilməsi haqqında qərar, “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ətrafında məskunlaşan sakinlərindən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan təhlillərə uyğun olaraq qəbul edilib. Belə ki, Su İdman Sarayından “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ilə Bibiheybət məscidinə qədər marşrutun olmaması ərazidə məskunlaşan sakinlərin yaxınlıqdakı dayanacağa piyada gedişində çətinliklər yaradır. Belə ki, 20-ci sahədəki dayanacaqdan “Bibiheybət yolu” ətrafındakı yaşayış binalarına (Jurnalistlərin binası) qədər piyada gediş məsafəsi 840 m təşkil edir.Qeyd edək ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 03.02.2018 tarixindən yenilənmiş sxem üzrə hərəkət edəcəklər.BAKU.WS
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Bu mövzuda digər xəbərlər:M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
22 Avqust 2026 12:32
57 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir
09 Noyabr 2024 11:09
Sabah bu avtobusların hərəkət sxemində dəyişiklik olacaq SİYAHI
25 Fevral 2025 19:13
57 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir SİYAHI
09 Noyabr 2024 12:03
57 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir Siyahı
09 Noyabr 2024 11:18
Baxış sayı:272
Bu xəbər 14 İyul 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















