Gürcüstan surroqat analığı qadağan edir
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası ölkədə surroqat analığı qadağan etmək qərarına gəlib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya parlament çoxluğunun iclasından sonra keçirdiyi brifinqdə bildirib.
O deyib ki, tezliklə müvafiq qanun layihəsi parlamentə təqdim olunacaq və bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə aktiv kommunikasiya aparılır.
"Biz bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal şəkildə kommunikasiya aparırıq və tezliklə parlamentdə müvafiq qanun layihəsi təqdim olunacaq", - Kirtsxaliya deyib.
Onun sözlərinə görə, bu qərar surroqat analıqla bağlı əhəmiyyətli etik və hüquqi risklər, xüsusən də insan alveri, qadınların potensial istismarı və uşaq hüquqlarının qorunması baxımından qəbul edilib.
2023-cü ildə Gürcüstan hakimiyyəti artıq bu sahədə məhdudiyyətləri müzakirə edərək xarici vətəndaşlar üçün bu cür xidmətləri qadağan etmək niyyətində idi, lakin indi ölkədə surroqat analığa tamamilə qadağa qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 22 Noyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















