Icma.az
close
up
RU
14 yaşlı məktəblidən fermerlərə dəstək:“KendMart” layihəsi nədir?

14 yaşlı məktəblidən fermerlərə dəstək:“KendMart” layihəsi nədir?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda fermerlərlə istehlakçıları birbaşa əlaqələndirməyə yönəlmiş yeni platforma fəaliyyətə başlayıb.
Layihənin müəllifi isə cəmi 14 yaşlı, 9-cu sinifdə təhsil alan məktəblidir.

Bizim.Media “sfera.az”a istinadən xəbər verir ki, “KendMart” platformasının əsas məqsədi
Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə ucqar kəndlərdə fəaliyyət göstərən fermerlərin məhsullarını daha geniş auditoriyaya çatdırmaq və onları potensial alıcılarla birbaşa əlaqələndirməkdir. 14 yaşlı Leyla Heydərova layihə üzərində bir il işləyib və “KendMart” bu il fəaliyyətə başlayıb. Hazırda platformada 23 fermer və 225 alıcı qeydiyyatdan keçib. Platforma vasitəsilə istifadəçilər müxtəlif rayonlardan olan fermerlər və onların məhsulları haqqında məlumat əldə edə, birbaşa istehsalçı ilə əlaqə saxlayaraq sifariş verə bilirlər. Hazırda “KendMart”da Lənkəran, İmişli, Saatlı, Sabirabad və digər bölgələrdən fermerlər yer alır.
Layihənin müəllifi gələcəkdə Azərbaycanın mümkün qədər çox rayonundan istehsalçıları platformaya cəlb etməyi planlaşdırır.
Leyla Heydərovanın müəllifinin sözlərinə görə, ideyanın əsas məqsədlərindən biri kiçik və ailə fermerlərinin qarşılaşdığı satış və tanıtım probleminə dəstək olmaqdır. Ucqar kəndlərdə yaşayan bir çox fermer keyfiyyətli və təbii məhsullar istehsal etsə də, yerləşdikləri ərazi və məhdud reklam imkanları səbəbindən xüsusilə Bakı kimi böyük şəhərlərdə yeni müştərilər tapmaqda çətinlik çəkirlər.
 

Məktəbli hesab edir ki, rəqəmsal platforma bu istehsalçıların məhsullarını daha geniş auditoriyaya təqdim etməsinə imkan yarada bilər. “Hazırda əsas məqsədim layihəni daha çox insana tanıtmaq və daha çox fermeri platformaya cəlb etməkdir. Fermerlər maraq göstərirlər.


Layihəyə qoşulan fermerlərin bir çoxu ucqar kənd və rayonlarda yaşayır. Onlar keyfiyyətli və təbii məhsullar istehsal etsələr də, xüsusilə Bakı kimi böyük şəhərlərdə yeni müştərilər tapmaqda çətinlik çəkirlər. KendMart vasitəsilə onların məhsullarını daha çox insana tanıtmağa və fermerlərlə potensial alıcılar arasında birbaşa əlaqə yaratmağa çalışıram”, – deyə layihə müəllifi bildirib.
“KendMart”ın yaradılması zamanı istehlakçıların yerli və təbii məhsulları tapmaqla bağlı qarşılaşdığı çətinliklər də araşdırılıb. Platformanın 98 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə, iştirakçıların 58,2 faizi istədiyi məhsulu tapmaqda çətinlik çəkdiyini bildirib.
Layihə məhz bu problemi də nəzərə alaraq alıcıların müxtəlif bölgələrdə istehsal olunan məhsullar barədə daha asan məlumat əldə etməsinə şərait yaratmağı hədəfləyir.
“KendMart” ideyası necə yaranıb?
L.Heydərovanın sözlərinə görə, layihənin ideyası beynəlxalq “Climate Science Olympiad”da iştirakından sonra yaranıb. O, yarışın yarımfinal mərhələsinə qədər irəliləyib və burada qızıl medal qazanıb. Olimpiadaya hazırlaşarkən iqlim dəyişikliyi, davamlı inkişaf və kənd təsərrüfatının ətraf mühitə təsiri barədə daha dərindən araşdırma aparıb.
Bu bilikləri real layihədə tətbiq etmək istəyən məktəbli daha sonra valideynləri ilə Azərbaycanın müxtəlif bölgələrinə səfərləri zamanı fermerlərlə tanış olub.
O, həmin səfərlər zamanı kəndlərdə yaşayan istehsalçıların keyfiyyətli məhsullar hazırlamasına baxmayaraq, satış və müştəri tapmaq imkanlarının məhdud olduğunu müşahidə edib. Bu təcrübə nəticəsində fermerlərlə alıcıları texnologiyanın köməyi ilə bir platformada birləşdirmək ideyası yaranıb.
“KendMart” yalnız fermerlərlə alıcıları bir araya gətirmək məqsədi daşımır. Layihənin müəllifi platformanı eyni zamanda ekoloji təşəbbüs kimi də qiymətləndirir. Məqsəd kiçik fermerlərə dəstək olmaqla yanaşı, yerli və daha dayanıqlı kənd təsərrüfatını təşviq etməkdir. Bu məqsədlə platformada “Impact Points” sistemi də yaradılıb.
Sistem istifadəçilərə etdikləri seçimlərin sosial və ekoloji təsirini göstərməyi, onları daha məsuliyyətli istehlaka təşviq etməyi nəzərdə tutub.
Layihənin müəllifi insanların yerli fermerdən məhsul almasını yalnız alış-veriş kimi deyil, həm də fermer ailələrinə dəstək və ətraf mühitə daha məsuliyyətli yanaşma kimi qiymətləndirməsini istəyir. Hazırda “KendMart”ın əsas hədəfi platformaya daha çox fermer və alıcı cəlb etmək, gələcəkdə isə Azərbaycanın müxtəlif bölgələrindən olan istehsalçıları vahid rəqəmsal platformada birləşdirməkdir.
Layihəyə qoşulmaq istəyənlər kendmart.com saytında qeydiyyatdan keçərək “Market” bölməsinə daxil ola bilərlər. “KendMart”ın “Instagram” hesabı isə @kendmart-dır və sayt iki dildə: İngilis və Azərbaycan dillərində fəaliyyət göstərir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Sentyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri